Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

Siyasi məhbuslarla bağlı ümumrespublika forumu keçiriləcək

“Siyasi Məhbuslarsız Azərbaycan” (SMA) Ictimai Alyansının növbəti iclası keçirilib. Iclasda həbsdə olan siyasi məhbuslara diqqət və dəstəyin artırılması, müdafiə işinin gücləndirilməsi üçün bəzi tədbirlərin həyata keçirilməsinə qərar verilib. Qurum siyasi məhbuslara dəstəklə bağlı bəyanat da qəbul edib. Bəyanatda son zamanlar ölkədə qanunsuz həbslərin artması, Əliyev rejiminin ölkəni həbsxanaya çevirmək cəhdi qəti şəkildə pislənilib.

Bu həbslər fərqli düşüncəyə, azad sözə, sərbəst toplaşmaq azadlığına basqı, iqtidarın rəqiblərindən qisas alması kimi dəyərləndirilib. Həbsdə olan vicdan və siyası məhbusların qeyd- şərtsiz azadlığa buraxılması tələb olunub. Yerli və beynəlxalq ictimaiyyətin diqqətini ölkədəki qanunsuz həbslərə və ədalətsiz məkhəmələrə cəlb etmək, bu sahədəki problemləri müzakirə etmək üçün Alyans siyasi məhbuslarla bağlı Ümumrespublika Forumunun keçirilməsini qərara alıb./Turan/
1551 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
Go to TOP