Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

İnfarktdan qorunmağın yolları

Ürəyinizə zərərli olan hərəkətlərin siyahısını təqdim edirik

Ürək sağlamlığı insan həyatı üçün ən vacib məsələdir. Buna görə düzgün qidalanmaq və ürəyə zərərli olan hərəkətlərdən imtina etmək lazımdır.


Ürəyinizə zərərli olan hərəkətlərin siyahısını təqdim edirik.


1. Yuxudan gec oyanıb, gec yemək


2. Acmadan yemək


3. Yatmadan öncə yemək


4. Düzgün qidalanmamaq


5. Həmişə oturaq və hərəkətsiz həyat sürmək


6. İdmanla məşğul olmamaq


7. Davamlı olaraq stres yaşamaq


8. Spirtli içki qəbul etmək


9. Siqaret çəkmək


10. Ürəyimizdən şikayətimiz olana qədər ürək sağlamlığına önəm verməmək.


Sinə ağrısı, sinə üstü sıxılmalar, təngnəfəslik kimi hallar ürək-damar xəstəliklərinin göstəriciləridir. Bu sıxıntılar sağ və ya sol nahiyələrdə, qollarda, mədə üzərində, boyun və çənəyə doğru nahiyələrdə baş verə bilər. Tez yorulmaq, nəfəs almaqda çətinlik, nəfəs darlığı, özünü pis hiss etmə, boğulma halları, ürək getmə, yuxusuzluğa səbəb olan tıxanmalar da ürək xəstəliyinin göstəriciləridir.

Neçə yaşımızda ürəyimizi yoxlatdırmalıyıq ?

Kişilər 40 yaşından, qadınlar isə 50 yaşdan sonra mütəmadi qaydada ürək müayinəsindən keçməlidir. Əgər hipertoniya, şəkər xəstəliyi kimi probleminiz varsa, 30 yaşlarınızdan etibarən ürəyinizi həkimə göstərin.
1286 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber