Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

ABŞ-da il ərzində silahdan 3000 uşaq ölür

ABŞ-da il ərzində 3000-dən artıq uşaq silahlı qarşıdurmaların qurbanı olur

Silah tənzimləməsi barədə qanunvericiliyində öz əksini tapan ölkələrindən biri olan ABŞ-da odlu silahlardan düzgün istifadə etməmə hallarına tez-tez rast gəlinir. NBC telekanalının verdiyi məlumata görə, ABŞ-da il ərzində silahlı qarşıdurmalar nəticəsində 3 mindən artıq uşaq həlak olur, habelə 7 mindən artıq uşaqda da xəsarət alır.
Bu araşdırma ABŞ-ın Yale Tibb Təhsil Mərkəzinin (Yale School of Medicine) mütəxəssisləri tərəfindən aparılıb. Araşdırmaçılar xəstəxanalardan buraxılan uşaqlar barəsində verilən məlumatlar bazasından istifadə edərək bu qənaətə gəliblər. Tədqiqat qrupunun rəhbəri Con Levental bildirib ki, odlu silahdan xəsarət alanların 4- 5 mini silahlı hücumun nəticəsində xəstəxanalara gətirilir. 2 min nəfər bədbəxt hadisələr zamanı, 3 yüz nəfərə yaxın isə canına qəsd etmə nəticəsində xəsarət alır.
1372 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:24