Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2018

Almaniya mətbuatı: ABŞ Yəmən qətliamına şərikdir

Almaniya saytlarından biri Yəmən böhranı barədə yazı dərc edib.
“World Socialist Movement” qəzeti, cari ilin son ayında Yəməndə 700 sivil vətəndaşın öldüyünü bildirib.
Bil Fakın qələmi ilə dərc olunan yazıda bildirilib: “ABŞ, Səud rejimi və müttəfiqləri tərəfindən dəstəklənən hərbiçilər dünyanın ən kasıb ölkələrindən olan Yəmənə hücumlarını artırıblar. Təkcə həftənin ikinci günü nə az, nə çox 47 nəfər şəhid olub.”
Bu mövzular ABŞ və Qərb medialarının nadir hallarda toxunduğu məsələlərdir. Lakin “Al Masirah” kanalında bu barədə məlumat əldə etmək olar. Faciənin ağırlığı o qədərdir ki, cənazələr uzaq məsafələrə düşür. Ölənlərin içində 8 uşaq gözə dəyir. Bundan əlavə 32 nəfər də yaralanıb.Həmin gün qırıcılar Hədidəyə hücum edərək, 14 nəfərlik ailəni həlak ediblər.
Yəmən mediaları elan ediblər ki, səudiyyəlilər və müttəfiqləri həftənin çərşənbə günü bu ölkəyə qarşı 45 hücum həyata keçirib. Bunun nəticəsində 6 sivil vətəndaş həyatını itirib. Ölənlər arasında 5 nəfərlik ailə mövcuddur.
“Al Masirah” kanalı ölənlərin sayını 600 nəfər elan edib, lakin 1000 gündən çoxdur davam edən müharibə İngiltərə və ABŞ-ın dəstəyi ilə davam edir. Bu müharibə Səud rejiminin bacarıqsızlığını da sübut edir. Bu bombardimanın bir hissəsi Yəmənin eks diktaturu Əli Abdullah Salehin məğlubiyyətinə görədir. Bu məsələlər Salehin ölümü, tərəfdarlarının isə məğlubiyyəti ilə sonlandı.
Bütün bunlar elə bir şəraitdə baş verir ki, Riyad da xaricdən raketlərin hədəfinə tuş gəlir.Vaşinqton uzun müddətdir ki, Səud rejimindən ərəb dünyasında olan fiqur kimi istifadə edir və bu ölkəni tam formada silahla quraşdırıb. ABŞ da bu fürsətdən istifadə edərək, böyük məbləğdə gəlir əldə edir. Trampın bu ölkəyə son səfəri zamanı 100 milyard dollarlıq silah satışıyla bağlı razılaşması buna misaldır. Vaşinqton yanlız silah yollamır, həm də Yəmənə qarşı hücumlarda şərikdir və beynəlxalq səviyyədə olan bu insani faiədə həmkarlıq edir.”
64 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.18, 15:57
Hicab...
15.01.18, 09:36
İranda matəm elan olundu