Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

Doku Umarov Ermənistanda Rusiya obyektini partlatmağa hazırlaşır

“Qafqaz əmirliyi” qruplaşmasının lideri Doku Umarov Ermənistan ərazisindəki Rusiya obyektlərinin birində partlayış törətməyə hazırlaşır.

Virtualaz.org saytı xəbər verir ki, erməni nəşrləri bu barədə hökumətdəki mənbələrə istinadən xəbər yayıb. Lakin bildirilir ki, məlumatın nə dərəcədə mötəbər olduğu hələ müəyyən deyil.

Doku Umarov Soçi olimpiadasını pozmaq üçün bütün mümkün yollardan istifadə edəcək və partlayışlar törətməyə çalışacaq. Bununla belə Rusiyanın gördüyü güclü təhlükəsizlik tədbirləri onun planlarını poza bilər.

Belə vəziyyətdə Umarovun adamları Ermənistan ərazisindəki onlarla Rusiya obyektlərindən birində olimpiada ərəfəsində partlayış törətmək üçün hazırlıqlar aparır. Ermənistan ərazisindəki Rusiya obyektlərinin qorunması aşağı səviyyədədir, bir çoxları ümumiyyətlə qorunmur.
1137 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP