Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2018

Ərəbistanla münasibətlərdə İsrail 10 məsələni nəzərdə tutmalıdır

Sionist rejimin “Begin-Sadat” strateji araşdırmalar mərkəzi Səudiyyə Ərəbistanı və İsrail arasında münasibətləri, Riyadın Təl-Əvivə yaxınlaşmaq istəməsini təhlil edib. Mərkəzin fikrincə, Ərəbistan İsraillə sülh şəraitində yaşamaq istəsə, İsrail bunu qəbul edəcək. Amma bu Ərəbistanın görüb-görəcəyi son nailiyyət olacaq. Çünki İsrailin Ərəbistanın sülhünə ehtiyacı yoxdur və onunla sülh etmək İsrailə heç nə artırmır.
Hər halda Ərəbistanla müzakirədə İsrail 10 mühüm məsələni nəzərdə tutulmalıdır:
Birincisi: İsrail bilməlidir ki, Ərəbistan İsraillə gerçəkdən sülh istəmir. Əgər onlar İrandan qorxmasaydılar sülh fikrinə düşməzdilər. İran təhlükəsi uzaqlaşdıqda Riyadın Təl-Əvivlə sülhü davam etdirəcəyinə aid heç bir sübut yoxdur.
İkincisi: Bu sülh İsrailə heç bir nailiyyət vermir. Çünki İsrail Ərəbistanla sülhə ehtiyac duymadan 70 ildir ki, beynəlxalq camiənin sabit üzvlərindən biridir. İsrailin üzvlüyü sülh razılaşması olmadan da davam edəcək və Ərəbistan, yaxud BƏƏ ilə sülh üçün bir dəlil yoxdur. Bu sülh Yaxın Şərqin problemini həll etmir, necə ki, Misir və İordaniya ilə sülh razılaşması Yaxın Şərq problemini aradan qaldırmadı.
Üçüncüsü: Ərəbistanla sülhü digər mövzulara, xüsusilə də Fələstin mövzusuna bağlamaq olmaz.
Dördüncü: Ərəbistan Fələstin məsələsinə israr etsə, İsrail ona çatdırmalıdır ki, əgər siz Fələstinə kömək etmək istəyirsinizsə, onların şəhər və kəndlərini Ərəbistana köçürün. İsrail də qəsəbə salmaq işində öz təcrübələrini sizin ixtiyarınızda qoya bilər.
Beşinci: İsrail Ərəbistan qarşısında şərt qoymalıdır ki, Riyadda hakimiyyətdə olan Ali-Səud sülaləsi Hicazlı deyil və Nəcd məntəqəsinin dağ bölgələrindən Ərəbistana gəlib. Ona görə də İsrailin sizi rəsmi tanıması üçün siz Qüdsü İsrailin tarixi və əbədi paytaxtı kimi tanımalısınız. Habelə, İsrailin Ərəbistanı bir müsəlman ölkəsi kimi tanıması, Ərəbistanın İsraili yəhudi ölkəsi kimi tanımasına bağlıdır. İsrailin Ali-Səud tayfasının Ərəbistanın hər yerində yaşaya bilməsi haqqını tanıması, onların yəhudiləri çaydan dənizə qədər İsrailin hər yerində yaşamaq haqqını tanımaqdan asılıdır.
Altıncı: İsrail Ərəbistanın bu ölkədə səfirlik açmasına bu şərtlə icazə verəcək ki, İsrail öz səfirliyini Ərəbistanın hər yerində aça bilmək hüququna malik olsun və Riyad da Qüdsdə səfirliyini açsın.
Yeddinci: İsrail və Ərəbistan tərəfləri söz verməlidirlər ki, beynəlxalq təşkilatlarda bir-birinin əleyhinə səs verməsinlər.
Səkkizinci: Avropa və amerikalılar Riyad-Təl-Əviv müzakirəsindən qıraqda qalmalıdır. Çünki bu razılaşmanın onlara dəxli yoxdur və bu müzakirələrin uğursuzluğuna onlar qarışmayacaq. Onların maraqlarının İsrailin maraqları ilə uyğun olmasına gərək yoxdur.
Doqquzuncu: Ərəbistanın imtiyaz istəməsinə beynəlxalq zəmanətləri rədd etmək lazımdır. Hətta bu zəmanət İsrailin ən yaxşı dostları tərəfindən verilsə də.
Onuncu: İsraillə sülh təkcə müqavilədən ibarət olub, sülh müqaviləsinin ona əlavə edilməsi ilə bitməməlidir. Bu müqavilə mədəni, turizm, ticarət, sənaye, texnologiya, idman və universitet əlaqələrinin də ehtiva etməlidir.
Bu sülhə əsasən, əgər Ərəbistanda hər hansı müsabiqə keçirilsə, İsrailin bayrağı da digər ölkələrin bayrağının yanında qaldırılmalıdır və İsrail müsabiqədə qələbə qazanarsa, onun milli himni səsləndirilməlidir. İsrailin kitab və məhsulları Ərəbistan kralının iştirak etdiyi beynəlxalq sərgilərdə nümayiş etdirilməlidir. 

Mənbə: Middle East Monitor
261 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP