Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

Süd və pendir əvəzinə tullantı yeyirik

“Halal Bərəkət”in də süd və pendiri saxta çıxdı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Halal Bərəkət” nişanlı süd məhsullarının istehsal müəssisəsində yoxlamalar aparılıb.

Komitədən virtualaz.org saytına verilən məlumatda deyilir ki, araşdırmalar zamanı “Halal Bərəkət” nişanlı süd məhsullarının texnoloji təlimat və reseptura olmadan gözəyarı hazırlandığı, xammal və istehsal olunmuş məhsulların temperatur rejiminə və mal qonşuluğu qaydalarına əməl olunmadan saxlanıldığı bəlli olub. Həmçinin məhsulların markalanmasında yanlışlığa yol verilməklə istehlakçıların aldadıldığı müəyyən edilib. Belə ki, məhsullar üzərində onların saxlanma şəraiti, yararlılıq müddəti, tərkibi haqqında yalan məlumatlar yerləşdirilib. Pendir istehsalı zamanı texnoloji proses bitdikdən sonra istehsalçı müəssisədə 8 dərəcədən yuxarı olmayan temperaturda duz məhlulunun içərisində saxlanılmalı olduğu halda, məhsul dəmir qablarda polietilen plyonkaların içərisinə qoyularaq soyuducularda saxlanılıb. Müəssisədə yoxlama zamanı istehsalda istifadə üçün nəzərdə tutulmamış tərkibi saflaşdırılmış, dezodorasiya edilmiş bitki yağlarından ibarət süd yağı əvəzedicisi aşkar olunub. Müəssisənin resepturalarında bitki yağından istifadə edilməsi nəzərdə tutulmadığı halda, normativ sənədlərin tələblərinə zidd olaraq məhsulların istehsalında bu yağdan isitifadə edilib.

Komitə müəssisədə istehsal edilən süd məmulatlarının satışını qadağan edib.


1360 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı