Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2018

Guardian: İranın düşmənləri hökumətin dəyişəcəyi xəyalına qapılmasınlar

Amerika və İsrail açıq-aşkar ümid edirdilər ki, İranda baş verən etirazlar hökumətin dəyişəcəyinə səbəb olacaq. Amma onların bu röyasının gerçəyə çevrilməsi çox tezdir.
İngiltərənin “Guardian” qəzeti İranda son günlər baş vermiş iğtişaşları təhlil edərək yazıb: “İranın düşmənləri və rəqibləri ov quşları kimi bu ölkənin səmasında pərvaz edir, Tehran və digər şəhərlərdə baş verən küçə etirazlarını nəzarətdə saxlayırdı ki, bəlkə bu qarışıqlıqdan onlara da bir pay düşə.”
Qəzet təhlilinin davamında yazır ki, Amerika və İsrail açıq-aşkar şəkildə ümid edirdilər ki, bu etirazlar İranda hökumətin dəyişəcəyinə səbəb olacaq. Amma onların bu röyalarının gerçəyə çevrilməsi üçün çox tezdir. Üstəlik, İranda iqtidarda olan hökumətin hər hansı zəifləməsi regionda gərginliyi daha da şiddətləndirməyə səbəb olacaq.”
Hadisələrin haradan qaynaqlandığını xarakterizə edən qəzet yazır: “Amerika və İngiltərə 2003-cü ildə İraqa hücum etdi. Lakin onların bu ölkədə siyasətləri məğlubiyyətə uğradı. Bunun ardınca İran regionun əsas oyunçusuna çevrildi. İranın regionda nüfuzunun genişlənməsi onun regional rəqiblərinin hiddətinə səbəb oldu.
Hal-hazırda Məhəmməd bin Salmanın vəliəhd kimi hakimiyyətə gəlməsi ilə Ərəbistan Tramp və onun kürəkəninin dəstəyi ilə İrana qarşı bərk rəqabətə başlayıb. Bu rəqabət bir zamanlar Suriya və Yəməndən Livana da çəkildi. Ona görə də Ərəbistan İrandakı son hadisələrdən öz xeyrinə faydalanmağa təlaş edir.
Amerika prezidenti Donlad Tramp və onun çevrəsi də Həsən Ruhaninin bir il bundan öncə demokratik seçkilər yolu ilə hakimiyyətə gəlməsini nəzərə almadan yaranmış etirazların hakimiyyət dəyişikliyinə çevriləcəyini düşünürdülər.
Habelə, İsrail siyasətçiləri də İranda baş verən hadisələrdən həyəcanlandılar. Hətta İsrail regional əməkdaşlıq naziri öz açıqlamasında dünya ölkələrini İrandakı iğtişaşları dəstəkləməyə çağırdı.
Amma bundan qabaq hər bəhanə ilə İrana qarşı mövqe tutan İsrailin baş naziri Binyamin Netanyahu gözlənilənlərin əksinə olaraq bu dəfə heç bir münasibət bildirmədi. Çünki Netanyahu yaxşı bilir ki, İranda vəziyyət nəzarətdən çıxsa, İsrail onun atəş xəttində dayanacaq.”
Quardian təhlilinin sonunda yazıb: “İranın hər cür zəifləməsi regionda gərginliyi şiddətləndirəcək. Ona görə də Amerika, İsrail və Ərəbistan İranla bağlı arzularında daha çox diqqətlə düşünməlidir.”
93 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.18, 15:57
Hicab...
15.01.18, 09:36
İranda matəm elan olundu