Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2018

Ənsarullahın 2017-ci ildə məhv etdiyi vəhabi Ərəbistanın hərbi texnikası

2017-ci ildə Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən xalqına təcavüzünün qarşısının alınması əməliyyatlarında 400 Səudiyyə əsgəri yəmənlilər tərəfindən öldürülüb.
Bu haqda Yəmən Birgə Əməliyyatlar Komandanlığından açıqlama verilib. Bu gün verilən açıqlamada 2017-ci il ərzində Yəmən qüvvələrinin Səudiyyə rejiminin Yəmənlə sərhəddə yerləşən cənub və cənub-qərb bölgələrində 400 əsgərini öldürdüyü qeyd olunub.

Açıqlamada Səudiyyə əsgərlərindən əlavə 894 muzdlu əsgərin də öldürüldüyü bildirilib. Rəqəmlərdən ibarət açıqlamada təcavüzkar qüvvələrə məxsus 8 M1 Abrams döyüş tankının, 196 zirehli vasitənin, 31 tankın və 1,337 hərbi vasitənin vurularaq sıradan çıxarıldığı diqqətə çatdırılıb.

Hesabat tipli açıqlamada Səudiyyənin rəhbərlik etdiyi Yəmənə təcavüz koalisiyasının zərərsizləşdirilən pilotsuz uçan aparatlarının, sualtı kəşfiyyat qurğularının sayı, eyni zamanda vurulan döyüş təyyarələrinin və Səudiyyə Ərəbistanı ərazisinə atılan ballistik raketlərin miqdarı da qeyd olunub.

Qeyd edək ki, 2015-ci ilin mart ayından etibarən Səudiyyənin Yəmənə təcavüzü nəticəsində minlərlə uşaq həyatını itirib, on minlərlə uşaq isə yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yəmən əhalisi gündəlik təlabat malları və tibbi yardım almaqda çətinlik çəkir. 2 milyondan artıq yəmənli məcburi köçkün vəziyyətindədir. Blokada səbəbindən ölkəyə tibbi ləvazimat və qida məhsularının girişi məhdudlaşdırılıb.
56 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.18, 15:57
Hicab...
15.01.18, 09:36
İranda matəm elan olundu