Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2018

Fələstinli qız Əhəd Təmimi üçün məktəblərdə kampaniya başladıldı

Fələstin Təhsil Nazirliyi İsrail rejimi tərəfindən nəzarətə alınan 16 yaşlı fələstinli Əhəd Təmimiyə dəstək üçün kampaniya başladıb.
Kampaniya çərçivəsində Fələstindəki məktəblərdə keçiriləcək bir sıra tədbirlərlə İsrail rejimi tərəfindən nəzarətə alınan uşaqların problemlərinin işıqlandırılması məqsədi güdülür.

Təhsil Nazirliyi və bəzi müəssisələrinin bazasında təşkil olunan kampaniyanın ilk dayanacağı olaraq Təmiminin nəzarətə alınmadan əvvəl təhsil aldığı Ramallahdakı Əl-Bire Qız Liseyi seçilib.

Təhsil naziri Səbri Saydam liseydəki çıxışında bu tədbirin işğal qüvvələrinin yaşayış və təhsil həyatından məhrum etdiyi fələstinli uşaqlara dəstək olan məktəblər üçün keçirildiyini qeyd edib.

Xatırladaq ki, İsrail əsgərləri Təmimini 19 dekabrda Ramallahda ailəsiylə yaşadığı evə basqın təşkil etdikdən sonra nəzarətə almışdı. Təmiminin anası Nərimanın isə qızı ilə bağlı məlumat almaq üçün getdiyi Ramallah şərqindəki nəzarət məntəqəsində İsrail əsgərləri tərəfindən nəzarətə alındığı qeyd edilmişdi. Ofer Hərbi Məhkəməsi 25 dekabrda Təmimi ailəsinin nəzarət müddətini 4 gün sonra 5 daha sonra isə 8 gün uzatmışdı. “Fələstinli cəsur qız” kimi tanınan Əhəd 2012-ci ildə qardaşı saxlanıldıqda İsrail əsgərlərinə qarşı göstərdiyi davranış səbəbiylə İstanbulda “Hənzələ Cəsarət Mükafatı”na layiq görülmüşdü.
320 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP