Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2018

İran əlçatmaz olaraq qalır

İran dövləti ağıllı və ayıq dövlətdir və fikrimcə xalqı ilə məntiqə uyğun dildə danışacaqdır. Lakin Məsələ burasındadır ki, Səudiyyə xalqı nə vaxt qiyam edəcəkdir?
ABŞ məsələləri üzrə ekspert, həmçinin siyasi məsələlər üzrə yazar Nəsir əl-Öməri, səudiyyəlilərin İranda olan iğtişaşları rəsmi və qeyri rəsmi olaraq dəstəkləməsinə münasibət bildirərək, Tehran dövlətçiliyinin devrilməsinə səbəb olacaq hər növ addıma müxalif olduğunu bəyan edib.
Yazar bu barədə öz rəsmi tvitter səhifəsində yazaraq bildirib: “İranın Suriyayla bağlı məsələlərdə mövqeyi ilə razılaşmasam da, bu ölkədə qurulan islami dövlətin dağılmasına heç vaxt razı ola bilmərəm. Çünki bu ölkə özünü Qərb istemarından xilas edə bildi. Bu ölkədə yaranan hərc mərcliyin heç kimə xeyri yoxdur.”
İranın xarici işlərində islahatların baş verməsinin tərəfdarı olduğunu deyən əl-Öməri, Səud başçılarına xitabən bildirib: “İran hələ də yüksəklərdə və əlçatmazdır və Netanyahu kimi biri Səudiyyə Ərəbistanını etdiyi kimi, İranı da uzaqdan idarə edə və ona hökm sürə bilməz. Mən laikəm və İranın Suriyada olan siyasətiylə müxalifəm, lakin bir çox hadisə və məsələlərdə, o cümlədən ölkənin müstəqilliyinin qorunması və müdafiəsi məsələlərində onlarla həmfikirəm. Mənim ərəb dünyası ilə problemim bundadır ki, onlar Qərbdən müstqəil olmağa inanmırlar. Onlar Netanyahunun onların xilaskarı olduğuna inanırlar. Mən haramzadə ərəb kralları önündə duran İranla razıyam.”
“Ərəb xalqına sualım var: Muhəmməd bin Salmanın fəsad əhli olduğuna əmin olmanızdan sonra, hansı reaksiyanı nümayiş etdirdiniz? İran dövləti ağıllı və tədbirli dövlətdir və xalqı ilə məntiqlə danışacağına inanıram. Lakin Məsələ burasındadır ki, Səudiyyə xalqı nə vaxt qiyam edəcək və biz nə vaxt Səudiyyə xalqının Səud krallarına qarşı qiyamının şahidi olacağıq? Mənim həm iranlılarla, həm də ərəb şeyxləri ilə münasibətlərim olub və tam əminliklə deyirəm ki, tarixin dərinliklərindən mədəniyyətə sahib olanlarla, dəvələrini luks maşınlarla dəyişənlər arasında yerlə göy qədər fərq var.”-deyə politoloq bildirib.
əl-Öməri sözlərinin sonunda yazıb: “Bu günün təəccüblü məsələlərindəndir ki, zillətlə fasid kralın ayağı altında əzilən ərəb, istemar önündə duran şücaətli və qəhrəman iranlını, dövlətinin siyasi baxışlarını dəyişməsinə və islahatların aparılmasına qarşı həvəsləndirir. Bir halda ki, əgər sənin həyat və yaşayış deyə adlandırdığın məsələlərin necə zillət və biyabırçılıqdan ibarət olduğunu anlasaydın, intihar edərdin. Bəzi səudiyyəlilər İranda olan iğtişaşçılara dəstək olduqlarını bəyan ediblər. Buna səbəb olaraq da, İran dövlətinin fəsada büründüyünü və qonşu ölkərin daxili məsələlərinə müdaxilə etdiyini bildiriblər. Mən sizdən soruşuram, Səud şahzadələrinin fəsadda qərq olmasına və Yəmənlə Bəhreyn kimi ölkələrin daxili işlərinə qarışmasına nə deyirsiniz? Sizcə daha yaxşı olmazmı ki, Tehranda aksiyaya çağırış etmək əvəzinə, bu aksiyaların Riyadda keçirilməsinə cəhd göstərəsiniz? Riyad sizə Tehrandan daha yaxındır”.
330 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.12.18, 16:36
Misturadan Suriya etirafı
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP