Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2018

Bir həftə şəkərdən imtina edilsə, orqanizmdə nələr baş verər? - Möcüzəvi dəyişikliklər

İnsan orqanizmini çökdürən, ona aşırı mənfi təsir göstərən faktorlardan biri də ifrat istifadə olunan şəkərdir. Mütəxəssislər bildirir ki, insan orqanizmi gün ərzində şəkərə bir o qədər də ehtiyac hiss etmir. Təbii ki, bəzi məqamlarda tərkibində şəkər maddəsi olan qidalar da önəmlidir. Amma orqanizmi artıq şəkərlə yükləmək onu getdikcə sıradan çıxarmaq deməkdir.

Şəkərdən cəmi bir həftə uzaq durmaq insan orqanizmində möcüzəvi nəticələrə səbəb olur.

Qeyd edək ki, şəkərli maddələrə sevginin özü də bir aludəçilikdir. Aparılan araşdırmalara görə, şəkərə aludəçiliyin qarşısını almaq, narkotik və alkoqol vərdişləri ilə mübarizə ilə müqayisədə daha çətindir. Amma cəmi bircə həftə şəkərdən istifadəni 90 faiz azaltmaq orqanizmdə bu üstünlüklərə gətirib çıxaracaq:

1.Nəfəsalmadakı problemlər aradan qalxacaq, nəfəs təravətlənəcək - Dişlərimizidə və diş ətində baş verən problemlərin, xəstəlik və ağrıların əsas səbəbkarı təbii ki, şəkərdir. Bunu kimsə inkar edə bilməz. Şəkər diş və dişəti xəstəlikləri ilə yanaşı, ağızboşluğunda mikrob və bakteriyaların artmasına əsas səbəbdir. Ağız boşluğundakı bu problem də təbii ki, pis qoxulara gətirib çıxarır. Cəmi bir həftə şəkərdən istifadə etməmək ağız boşluğunda xeyli yaxşılaşmalara səbəb olacaq. Nəticədə, ağızdan gələn pis qoxuların da qarşısı alınacaq;

2.Beyinin fəaliyyəti güclənəcək - biz əsasən, bunun tam əksini eşitmişik. Əsasən, şokolad və başqa şirniyyatların insan beyninə müsbət təsirindən, yaddaşı gücləndirməsindən çox danışılıb və yazılıb. Təbii ki, normal miqdarda şokoladın beyin, orqanizm üçün müəyyən faydaları var. Amma ifrat şəkər qəbul etdikdə beynin bəzi funksiyalarına mənfi təsir göstərmiş oluruq. Beyinin şəkər vasitəsilə zərərçəkən neyronları səbəbindən biz yaddaşsızlıq və diqqətsizlikdən əziyyət çəkə bilərik;

3. Alzheimer riski azalır - Beynimizdə BDNF adlı törəmə neyrotropik maddələr var. Bu, beyin hüceyrələri arasında əlaqələr yaratmaqla xatirələrin, keçmişdə baş verən hadisələrin yenidən xatırlanmasını təmin edir. Həmçinin, yeni yaşanan hadisələrin də yaddaşda saxlanmasına əsas rol oynayır. Şəkərin həddindən artıq istifadəsi bu kimyəvi maddələrin azalmasına səbəb olur. Bu isə getdikdə alzheimer xəstəliyinin yaranmasına gətirib çıxarır. Şəkərdən istifadəni azaltsaq, bu probemi də həll etmiş olarıq;

4.Simanın təmizlik və gəncləşməsi – şəkərdən istifadəni azaltsaq, xarici görünüşdə də xeyli müsbət dəyişikliklərin yaşandığının şahidi olarıq. Xəmirli şirniyyatlar bədən müvazimətinin pozulmasının əsas səbəbkarlarıdır. Üstəlik, onların tərkibində olan şəkər dəridə bir çox sızanaq və o tipli ləkələri əmələ gətirir. Şəkərin azaldılması insan dərisi üçün əsas müalicə metodlarından biridir;

Şəkəri azaltmağın orqanizm üçün başqa faydaları bunlardır: infarkt riskini azalır, insulin və şəkər xəstəliyinə tutulma ehtimalını xeyli zəifləyir, kökəlmə və piylənmənin qarşısını alınır. İmmunitet daha da gücləndiyi üçün insan daha az xəstələnir.
451 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.12.18, 16:36
Misturadan Suriya etirafı
15.12.18, 09:23
Çində sarı qar yağdı
Go to TOP