Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

Terrorçular İraqda 30 hərbçini qətlə yetirib

İraq silahlı qüvvələrinin ölkənin qərbində terrorçulara qarşı əməliyyatları davam edir. Terrorçular yeni bir cinayət işləyərək İraq silahlı qüvvələrinin 30 üzvünü qətlə yetiriblər, - “İRİB”.

İraqın Borasa xəbər agentliyinin bildirdiyinə görə, “İŞİD” terror qrupuna aid internet saytları hadisə ilə bağlı bir video yayımlayıblar. Videoda “IŞİD” qüvvələrinin bazar ertəsi Əl-Ənbarda 30 əsgəri edam etmələri nümayiş olunur. "İŞİD"in həmin əsgərləri Fəllucədə girov götürdüyü bildirilir.

Etibarlı bir mənbə Əl-Ənbar əyalətinin 80%-nin terrorçulardan təmizləndiyini açıqlayıb. O, 21 dekabrdan etibarən başlayan hərbi əməliyyatların hələ də davam etdiyini söyləyib.

Hal-hazırda təhlükəsizlik qüvvələri də terroristlərin Fəllucədə bir polis idarəsinə hücumlarını zərərsizləşdirib, əməliyyat zamanı 7 terrorist öldürülüb, 40-ı yaralanıb./deyerler/
1350 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq
19.01.17, 22:48