Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2018

İran İslam Respublikası Fələstini dəstəkləməyə davam edəcək

“Raialyoum” qəzeti, İranın Fələstin məsələsinə olan sədaqətindən yazıb.
İraqlı yazar Sabah Əli Şahir “Niyə İran, bəzi ərəb ölkələri kimi İsraillə əlbir olmur?” başlıqlı yazısında, İranın iqtisadi problemlərinə baxmayaraq, Fələstin məsələsini dəstəkləməsindən yazıb.
Yazıda qeyd olunub: “Bəziləri deyir ki, İran, bölgədəki mövqeyini gücləndirmək üçün Fələstin məsələsindən istifadə edir. Bu söz düzgün vəya yanlış ola bilər. Əqidə məsələlərindən maska olaraq istifadə etmək aydın bir məsələdir və qədimə dayanan bir hal deyil. Hazırda Səud kralları da vəhhabi və sələfi cərəyanlarına dəstək olsalar da, özləri yaşayış tərzlərində bu məsələlərdən uzaqdırlar. Qətər kralları özlərini “İxvanul-muslimin”-in dəstəkçisi kimi qələmə verirlər, lakin heç kim onların Seyid Qütbün ya Huzeybinin düşüncələrinə əməl etdiklərinin və Qərdavini isə təkfir etməsinin şahidi olmur. Səudiyyənin vəhhabilikdən istədiyini, Qətər də “İxvanul-muslimin”-dən istəyir. Səudiyyə Ərəbistanı vəhhabilik olmadan 2 şərəfli hərəmin açarına sahib ola bilməz. Qətər də “İxvanul-muslim” olmadan, ABŞ-ın bazalarından ibarət olan başqa bir şey deyil.”
“Raialyoum”-da dərc olunan yazıda bildirilib: “Bu sual ortaya çıxır ki, əgər Fələstin məsələsini müdafiə edən, bu yolla güclənirsə, bəs niyə Səudiyyə Ərəbistanı bundan istifadə etmir? Niyə bu ölkə aşkarda və gizlində İsrail rejimiylə anlaşır? Niyə ilk ərəb dövləti olan Misir, əməli olaraq Fələstin məsələsindən əl çəkdi və Qahirədə İsrail səfirliyini açdı. Niyə İordanita “Vadi Ərbə” sazişindən üz döndərmədi və Fələstin məsələsini müdafiə etmədi?
Deyək ki, iranlıların Fələstin məsələsinə imanları yoxdur və yalnız bu məsələdən istifadə edib, bu barədə zahiri təbliğat aparırlar. Bu cür dəstəyi əldən vermək Fələstinin xeyrinə olmaz. Çünki yalnız media səviyyəsində belə dəstək olsa, İsrail medialarının bütün dünyanı ələ keçirdiyini və ərəb mediaların bu rejimlə düşmənçilikdən uzaq durduğunu nəzərə alarsaq bu məsələ Fələstinin xeyrinə olacaqdır. Beləliklə, məsələ bizim inandığımız kimi olmayanda necə bir mövqe sərgiləməliyik? İranın Fələstinə dəstəyi bizim gördüklərimizdən daha çoxdur. Bu məsələni, İrana qarşı hər tərəfli müharibə başladan İsrail rejimi də etiraf edir.
İranın Fələstin mövzusundan istifadə məsələsinə gəlincə demək lazımdır ki, müəyyən məsələyə imanı olmadığı halda dəstək verənlər, mənafelərinə zidd olduğunu gördükləri zaman bundan əl çəkəcəkdir. İranın Fələstin məsələsini müdafiə etməklə praktiki olaraq İsrail və dəstəkçisi ABŞ-la üz üzə dayanması məlum məsələdir. Xüsusən də ABŞ bütün səylərini İranı zəiflətmək üçün göstərir. Bu sanksiyaların nəticəsi fəsad, işsizlik və qiymət artımında müşahidə olunur.”
“İran küçələrinə çıxan eitrazçılar İranın Fələstin, HƏMAS və “Hizbullah”-ı dəstəkləməyə son qoymasını, Suriyadan çıxmasını və pullarını xalqı üçün xərcləməsini tələb edirlər. Şübhəsiz ki, İran, müxtəlif ölkələrdə olan hərəkat, təşkilat və partiyaların müqavimətinin davam etməsi üçün pul ödəyir. Bunu İran rəsmiləri etiraf edir, müxaliflər isə bütün bunların, ölkədən xaricdə nüfuzunun artması üçün gerçəkləşməsi zəminində baş verdiyi bildirir.
İranla ABŞ arasında olan qarşıdurma, İranın ABŞ-a tabe olacağı təqdirdə həmkarlığa çevriləcək. Bu zaman İran, şah zamanında olduğu kimi Fars körfəzinin polisi olacaq. Bağdad koalisiyasının da yenidən qurulması istisna edilmir, lakin bu dəfə Rusiya, Çin və Hindistan əleyhinə.”-deyə yazıda bildirilib.
Yazının sonunda bildirilib: “Hazırda amerikalıların iranlılardan istəyi İsraillə düşmənçilikdən əl çəkmək və “ölüm olsun İsrailə” şuarını yığışdırmaqdır. Əgər İranın hazırki dövləti bu işi görərsə, müsbət qarşılanacaq. Əks halda isə, fərqli dövlətin qurulması istiqamətində bütün səylərini göstərəcək, sanksiyaları tətbiq edəcəkdir.”
55 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.18, 15:57
Hicab...
15.01.18, 09:36
İranda matəm elan olundu
14.01.18, 17:30