Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2018

“Keçmiş bizə ABŞ-a kor-koranə etimad göstərməməyi öyrətdi” - Pakistan

Pakistan xarici işlər naziri Xoca Məhəmməd Asif ABŞ prezidenti Donald Trampın ölkəsinin terrorla mübarizəsini hədəfə alan açıqlamasına "Twitter" hesabından reaksiya göstərib.
Pakistanın terrorla mübarizədə ABŞ-a verdiyi dəstək səbəbiylə bir çox əvəz ödədiyini bildirən nazir bunları qeyd edib:

“ABŞ prezidenti bizdən “Siz nə etdiniz?”, – deyə soruşur. Sizə hərbi bazamızı açmışıq. Əfqanıstandakı ABŞ əsgərlərinin silah və sursat təminatı bizim torpaqlarımız üzərindən aparılıb. Minlərlə mülki vətəndaşımız və əsgərimiz sizin başlatdığınız müharibənin qurbanı olub”.
Ölkəsinin terrorla mübarizədə ciddi yol keçdiyini və son 4 ildə terrorun yol açdığı dağıntıları təmizləməyə davam etdiklərini bildirən Asif, “Keçmiş bizə ABŞ-a kor-koranə arxalanmamalı olduğumuzu öyrətdi. Apardığımız mübarizədən razı olmaya bilərsiniz, amma ölkəmizin nüfuzunu daha çox alver mövzusu etməyəcəyik”, – sözlərinə yer verib.
Xatırladaq ki, Tramp 1 yanvarda “Twitter” hesabından ABŞ-ın son 15 ildə Pakistana 33 milyard dollar yardım etdiyini bildirərək, “Onlar isə liderlərimizin axmaq olduğunu düşünərək, bizə yalanlar və hiyləgərlikdən başqa bir şey vermədilər. Əfqanıstanda arxasınca düşdüyümüz terrorçulara təhlükəsiz bölgə təmin edirlər. Artıq yox“, – sözlərini işlətmişdi.
54 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.18, 15:57
Hicab...
15.01.18, 09:36
İranda matəm elan olundu
14.01.18, 09:39
Qaşlar nə üçündür?
13.01.18, 08:39
Ru