Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2018

Ərəb dünyasının çətin dövranı

Ərəb baharı tamahgir ölkələrin öz maraqlarını təmin etməsi üçün yeni bir fürsət idi.
Qərbi Asiya regionu uğrunda güc qütbləri arasında qarşıdurma özünün ən şiddətli dövrünə çatıb. Amerikanın İraq əleyhinə müharibəsi başlanandan dərin dəyişikliklər yaranıb və bu hadisələr Qərbi Asiyanın strateji oyununu tamamilə dəyişdirib, bütün ölkələrin tamahı üçün yeni darvazalar açıb. Bəzi regional və transregional güclər təlaş edirlər ki, öz iştirakını sərhədlərindən qırağa çıxarsınlar, daha çox sərvətlər əldə etsinlər. Artıq tamahgir ölkələr Fars körfəzinin ərəb ölkələrinə çatıblar və daha artıq sərvət götürmək, daha geniş silah müqavilələri bağlamaq niyyətindədirlər.
Amerika oyunun qaydasını dəyişdikdən sonra öz daxili məsələləri üzrərində fikrini topladı. Halbuki bəzi ölkələr özünü yenidən qurmaq üçün ərəb ölkələrində bir daha çaxnaşma yaratmaq ardıncadır.
Ərəb baharı regionun tamahgir ölkələrinin öz maraqlarını təmin etməsi üçün yeni bir fürsət yaratdı.
Amerika İraqa qarşı müharibəyə qalxdı və Səddam Hüseyni devirdi, İraq xalqına qarşı kütləvi qətliamlar həyata keçirdi. Beləliklə bu ölkəni əhalisinin mədəniyyət və məzhəbi baxımından oxşar olan İrana tərəf itələdi. Bundan istifadə edən İran öz nüfuzunu Suriya və Yəmənə qədər genişləndirərək Qərbi Asiyada Amerikanın maraqlarını ciddi təhdid etdi.
Bu arada Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan özünü əhli-sünnə müsəlmanlarının xəlifəsi kimi tanıtmağa təlaş edir. O, qeyri-sabit yanaşma ilə özünü regionda təsiredici bir element kimi göstərmək istəyir. Daha doğrusu belə demək olar ki, Avropa Birliyindən qovulmuş Türkiyə üçün Qərbi Asiyada öz gücünü möhkəmləndirməkdən başqa bir çıxış yolu yoxdur. Dini fürsətdən istifadə edən Ərdoğan İslamın siyasi dalğası üzərinə çıxaraq addım-addım irəliləmək istəyir.
Türkiyə Misir, Liviya və Tunisdə öz nüfuzunu artırmaq və regionda öz gücünü bərkitmək niyyətindədir. Ankara regionda İxvanul-Muslimin kartı ilə oynamağa daha çox üstünlük verir və təlaş edir ki, Qətəri də bu riskli oyuna daxil etsin. Elə bu əsasla da Qətərdə hərbi baza yaratmışdır və indi də Suriyada hərbi baza yaratmağı planlaşdırıb.
Həmin təfəkkür və məqsədlə Ömər əl-Bəşir hökumətinə kömək edərək Sudanda Qırmızı dəniz sahillərində hərbi baza yaratmağa çalışır. Buna oxşar işi Somalidə də həyata keçirmişdir.
Xatırladaq ki, İran və Türkiyənin bir-birləri ilə rəqabətlərində sonrakı hədəf Fars körfəzi və Misirdir.
62 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.18, 15:57
Hicab...
15.01.18, 09:36
İranda matəm elan olundu
14.01.18, 09:39
Qaşlar nə üçündür?