Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2018

5 ilin 10 populyar adı

Son 5 ilin ən populyar adlarının siyahısı tərtib edilib. İlk sırada Yusif adı gəlir. 2013-2017-ci illərdə Azərbaycanda doğulmuş 14665 uşağa Yusif adı verilib.

Zəhra adı ikinci yerdə dayanır. Son 5 ildə 13719 uşaq Zəhra adı alıb.

Populyar 10-luqda sonrakı ardıcıllıq belədir:

Hüseyn – 10110 uşaq

Əli – 9920

Nuray – 9755

Fatimə – 8831

Zeynəb – 7303

Aylin – 7119

Məhəmməd – 6180.

Ədliyyə Nazirliyinin rəsmi saytındakı statistikaya görə, 2017-ci ildə doğulmuş qız uşaqlarına verilən ən populyar ad Zəhra olub. Bu ad 2775 qıza qoyulub. Ən çox qoyulan 10 oğlan adı içində Yusif üstün gəlib – 2936 uşaq.

Azərbaycan əhalisinin sayı 2017-ci il noyabrın 1-nə 9,8 milyon nəfərə çatıb. Əhalinin 49,9 faizi kişi, 50,1 faizi qadındır. Ötən ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 120 min 35 doğulan körpə qeydə alıb. Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi qızdır./novator/
70 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.18, 15:57
Hicab...
15.01.18, 09:36
İranda matəm elan olundu
14.01.18, 17:38
Ərəbistan sionist rej