Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2018

Məlihə Ludhi: “ABŞ bizə inanmırsa...”

Pakistanın BMT-dəki səfiri ölkəsinin ABŞ-ın maliyyə yardımlarına görə terrorizm ilə müharibədə iştirak etmədiyini deyərək, Vaşinqtonun İslamabada qarşı düşmənçilik mövqeyini davam etdirəcəyi təqdirdə, bu ölkə ilə əməkdaşlıqlarına yenidən baxacağını deyib.
Pakistanda çıxan “Davn” qəzetinin yazdığına görə, Məlihə Ludhi cümə axşamı Trampın Pakistanla bağlı səsləndirdiyi fikirlərə cavab olaraq deyib: “Əgər Amerika Pakistanın terrorizm ilə mübarizədəki səylərini qiymətləndirmək istəmirsə, bu ölkədən əməkdaşlıq da gözləməməlidir.”
Pakistanın BMT-dəki nümayəndəsi əlavə edib: “ABŞ-ın yeni dövlət başçısının baxışlarının əksinə olaraq Pakistan terrorizm əleyhinə mübarizədə ən böyük paya malikdir və bu mübarizədə ən çox zərər çəkən tərəf də elə Pakistandır.”
ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü, 2018-ci ilə olan ilk tvitində bir daha Pakistanı radikal ünsürlərə sığınacaq verməkdə və bu xüsusda yalançılıqda ittiham edərək, İslamabadı bu ölkəyə olan maliyyə yardımlarını kəsməklə təhdid etmişdi.
252 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.06.18, 16:48
İrandan ABŞ-a 15 ŞƏRT
17.06.18, 10:34
Borc
Go to TOP