Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2018

ABŞ dəxalət etməsə iki qardaş Koreya barışır

Cənubi Koreya Şimali Koreyaya çatdırdıqları Qış Olimpiya Oyunlarında iştirakla bağlı yüksək səviyyəli görüş təklifinin Pxenyan tərəfindən qəbul edildiyini açıqlayıb.
Cənubi Koreya Birləşmə Nazirliyi mətbuat katibi Baek Tae-Hyun keçirdiyi mətbuat konfransında Pxenyan rəhbərliyinin Seul rəhbərliyinə bu görüş təklifini qəbul etdiyini bildirdiyini açıqlayıb.
9 yanvarda keçiriləcək görüşün əsas gündəm maddələrini münasibətlərin necə inkişaf etdiriləcəyi və işçi qruplarının səviyyəsinin müəyyən olunmasının yaradacağını qeyd edən Baek Şimali Koreya tərəfinin gələn ay keçiriləcək “2018 Pyeongchang” Qış Olimpiya Oyunlarında iştirakının da görüşdə müzakirə olunacağını dilə gətirib.
Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In 1 yanvarda etdiyi Yeni il çıxışında Cənubi Koreyada keçiriləcək “2018 Pyeongchang” Qış Olimpiya Oyunlarına heyət göndərilməsini bildirmiş və bu barədə Seul ilə danışıqlara hazır olduğunu qeyd etmişdi.
Cənubi Koreya Birləşmə Nazirliyi də Kim rəhbərliyinə cavab olaraq olimpiada ərəfəsində Şimali Koreyaya yüksək səviyyəli görüş təklif etmiş və bunun reallaşacağı halda Cənubi Koreyanın olimpiya əməkdaşlığına yönəltməklə yanaşı, şimal və cənub arasında gərgin münasibətlərin yaxşılaşdırılması məsələlərini gündəmə gətirməyə çalışacağını açıqlamışdı.
306 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.12.18, 16:36
Misturadan Suriya etirafı
15.12.18, 09:23
Çində sarı qar yağdı
Go to TOP