Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2018

Sabiq zabitlər Trampın İrana qarşı naşı davranışından narahatdır

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bir qrup təqaüdə çıxmış zabiti Donald Trampın ofisinə məktub göndəriblər.
CİA-nın təqaüdə çıxmış zabitləri burada Donald Trampı İran qarşısında atılacaq addımlarla bağlı ehtiyatlı olmağa çağırıblar.
Donald Tramp administrasiyasının İranla bağlı sərt siyasət tutmasından narahat olduğunu bildirən 22 peşəkar sabiq zabitdən ibarət qrup vurğulayıblar ki, “İran ABŞ üçün ciddi təhdid deyil”
Sabiq zabitlərin möhürlənmiş və imzalanmış bu məktubunda bildirilib ki onlar Corc Buşun İranda nüvə obyektlərini vurmaq istədiyi zamanda da oxşar xəbərdarlıq etmiş və məlumat vermişdilər ki, İran o zaman fəal nüvə sənayesini həyata keçirməyib.
Sözügedən məktubda bildirilib ki, “Donald Trampın administrasiyası Corc Buşun yolunu gedir. Həmin Corc Buş ki, sonrakı xatirələrində İrandakı nüvə obyektlərini vurmaqla bağlı xatircəm olmadığını deyirdi.”
“Bunu səhv iddia və qeyri dəqiq fikir hesab edirik. ABŞ əleyhinə olan islamçı təşkilatları incələsək görərik ki, Mərkəzi Kəşfiyyat İdarəsinin siyahısında 14 təşkilat var ki onların 13-ü sünnidir şiə deyillər və İrandan da yardım almırlar.”
271 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
Go to TOP