Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2018

Məhəmməd Cavad Zərif: "Trampın daha bir xarici siyasət uğursuzluğu"

İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Amerika Birləşmiş Ştatlarının xarici siyasətdəki uğursuzluğunu məzəmmət edib.

Nazir İrandakı etiraz mitinqləri ilə əlaqədar ABŞ-ın BMT Təhlükəsizlik Şurasının təcili toplantısının çağırmaq istəməsi, lakin istədiyi dəstəyi ala bilməməsinə görə rəsmi Vaşinqtonu məzəmmətləyib.

O, Tvitter hesabında “ABŞ-ın Təhlükəsizlik Şurasının səlahiyyətlərini qəsb etməsinə imkan verilmədi. Böyük çoxluq nüvə sazişinin tam tətbiqinin və digərlərinin daxili işlərinə müdaxilə edilməməsinin vacibliyini ifadə etdi. Tramp administrasiyası üçün daha bir xarici siyasət uğursuzluğu...”, deyə bildirib.

Qeyd edək ki, ABŞ İrandakı etiraz mitinqləri ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaq istəsə də, istədiyi dəstəyi ala bilməyb.
240 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.18, 09:57
Saatlı sakini intihar etdi
13.07.18, 09:31
ABŞ əsgəri öldürüldü
Go to TOP