Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2018

Pakistanda ABŞ bayrağı yandırıldı

Pakistan xalqı ABŞ-ın rəsmi İslamabada qarşı ittihamlarına reaksiyada aksiya keçirib.
Pakistanın Çəmən məntəqəsinin əhalisindən minlərlə nəfər dünən ABŞ-ın terrorçulara sığınacaq vermək barədə rəsmi İslamabada qarşı ittihamlarına reaksiyada aksiya keçirərək, Amerika bayrağını yandırıbdır.
Pakistanlı aksiyaçılar anti-Amerika şüarları verərək, bildirblər ki, Pakistan xalqının Amerikanın maliyyə yardımlarına ehtiyacı yoxdur.
Aksiyaçılar habelə bildiriblər ki, ABŞ prezidenti Donald Trampın Pakistan xalqını hədələməyə haqqı yoxdur.
ABŞ dövlət departamenti cümə axşamı günü bildirdi ki, Vaşinqton Pakistanın təhlükəsizliyi üçün ayrılmış maliyyə yardımlarını dayandırıbdır.
ABŞ-Pakistan əlaqələri Amerika prezidenti Donald Trampın Pakistana qarşı ittihamından, yəni 2017-ci ilin avqustundan bəri kəskinləşibdir.
Donald Tramp avqustun 21-də Pakistan və Əfqanıstan barədəki yeni strategiyasında Pakistanı terrorçular üçün əmin-aman bir sığınacaq adlandırdı ki, bu məsələ bu ölkə başçılarını hiddətləndirdi və iki ölkə arasındakı gərginliyi daha da artırdı.
234 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.18, 09:57
Saatlı sakini intihar etdi
13.07.18, 09:31
ABŞ əsgəri öldürüldü
Go to TOP