Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2018

Rusiyada təyyarədən atıla bilən yeni zirehli maşın yaradıldı

Rusiyada Hava-Desant Qoşunları üçün 4×4 təkər formuluna malik yeni zirehli maşın hazırlanıb.

“AzeriDefence”-in məlumatına görə, bu barədə “İnterfaks” agentliyinə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Tayfun-VDV” adı verilən yeni maşın “Tayfun” minaya qarşı qorumalı (MRAP) nəqliyyat vasitəsinin bazasında yaradılıb.

“Tayfun-VDV” zirehli maşının analoqlarından əsas fərqi təyyarədən atılması üçün nəzərdə tutulan yeni paraşüt-desant sistemi ilə təchiz olunmasıdır.

Sistem müəyyən edilmiş quru əraziyə döyüş maşınlarının (şəxsi heyətlə birgə) atılması üçün təyinatlıdır. Sistem İl-76 və modifikasiyada olan təyyarələrə inteqrasiya olunur. Sistem döyüş maşınını və şəxsi heyəti təhlükəsiz şəkildə müəyyən olunmuş əraziyə döyüş hazırlığı vəziyyətində düşməsinə imkan yaradır.

Məlumatda o da qeyd olunub ki, hazırda “Tayfun-VDV” maşınının eksperimental nümunəsinin sınaqları keçirilir. Nəqliyyat vasitəsinin seriyalı istehsalına 2019-cu ildə başlanılması planlaşdırılır.
46 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.01.18, 16:39
Ordumuz şəhid verdi