Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2018

Tramp Yaxın Şərqdə hansı oyunu çıxartmaq istəyir?

ABŞ prezidenti Donald Tramp və kürəkəni Cared Kuşner Ərəbistanda Məhəmməd bin Salmanın iqtidara gətirilməsində başlıca rola malik olublar.
Əl-Aləm kanalının verdiyi məlumata görə, Amerikada yeni çap olunan və satış rekordlarını sındıran “Atəş və Qəzəb; Tramp Ağ Evinin iç üzü” adlı kitab ABŞ prezidenti Donald Tramp və onun yəhudi kürəkəni Cared Kuşnerin Ərəbistanda Məhəmməd bin Salmanın iqtidara gətirilməsindəki rolunu ifşa edib.
Bu kitab həmçinin, Tramp hökuməti və Ali-Səud rejimi arasında əldə edilmiş gizli hərbi anlaşmanı da ifşa edib. Bu anlaşmaya əsasən ABŞ Qətərdəki hərbi bazasını Ərəbistana köçürməlidir.
Kitabın müəllifi olan jurnalis-publisist Maykl Volf yazır: “Tramp yaxın adamlarına Ər-Rİyadın ABŞ-ın Ərəbistandakı hərbi iştirakının bütün xərclərini öz üzərinə götürməsi barədə məlumat verib. Belə ki, Ər-Riyad ABŞ-ın bölgədəki hərbi qərargahının Qətərdən Ərəbistana köçürülməsini istəyir.”
Maykl Volf həmçinin, Ərəbistanın Trampın bu ölkəyə olan səfərindən sonra ciddi dəyişikliklərin şahidi olduğuna işarə edərək Məhəmməd bin Salmanın Ərəbistanın yeni vəliəhdi təyin edilməsi və Səudiyyə şahzadələrinin həbs edilməsini bu dəyişikliklərdən adlandırıb.
ABŞ prezidenti Donald Tramp “Atəş və Qəzəb; Tramp Ağ Evinin iç üzü” adlı kitabın yalandan ibarət olduğunu iddia edir.
279 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.18, 09:57
Saatlı sakini intihar etdi
13.07.18, 09:31
ABŞ əsgəri öldürüldü
Go to TOP