Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2018

Təkfirçi Ali Səud Yəməndə 247 min uşağın ölümünə səbə olub

Yəmənin Ənsarullah Hərəkatının Siyasi Şurasının üzvləri və Əl-Liqa Əl-Müştərək koalisiyasının nümayəndələri Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəmənə qarşı cinayətləri ilə bağlı birgə mətbuat konfransında 247 min yəmənli uşağın qida çatışmazlığı üzündən həyatını itirdiyini bildiriblər.
Yəmənin Ənsarullah Hərəkatının Siyasi Şurasının üzvləri və Əl-Liqa Əl-Müştərək koalisiyasının nümayəndələri bu gün təşkil etdikləri birgə mətbuat konfransında deyiblər: “Ərəbistanın başçılıq etdiyi koalisiya Yəmənin 75-dən çox ərzaq anbarını məhv edib və 247 min uşaq Ərəbistanın Yəməni mühasirədə saxlamasına və bu ölkəyə humanitar yardımların göndərilməsinə mane olmazı üzündən yaranan qida çatışmazlığına görə həyatını itirib.”
Yəmənin Ənsarullah Hərəkatının Siyasi Şurasının üzvləri və Əl-Liqa Əl-Müştərək koalisiyasının nümayəndələri həmçinin bildiriblər ki, Yəmən xalqının Ərəbistan tərəfindən qırğın edilməsi, Amerika, İngiltərə və İsrail rejiminin də bu cinayəti dəstəkləməsi cavabsız qalmayacaq və bu cinayətə yol verənlər bir gün cəzalandırılacaqlar.
Ərəbistan 2015-ci ilin martından ABŞ, Britaniya və İsrailin dəstəyi ilə Yəmənə qarşı amansız hərbi təcavüzlərə başlayıb və bu ölkəni qurudan, dənizdən və havadan mühasirəyə almaqla ölkəyə humanitar yardımların çatdırılmasına mane olur. Ərəbistan və müttəfiqlərinin Yəmənə qarşı təcavüzləri birbaşa olaraq on minlərlə insanın ölməsi və yaralanmasına, milyonlarla nəfərin didərgin düşməsinə səbəb olmaqla yanaşı, ölkədə yolxucu xəstəliklərin yayılması və aclığa səbəb olmaqla dolayısı ilə milyonlarla insanın həyatı üçün ciddi təhlükə yaradıb.
228 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.06.18, 09:54
Şirvanda qətl törədilib
22.06.18, 16:48
İrandan ABŞ-a 15 ŞƏRT
Go to TOP