Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2018

Çin və Rusiyadan Pakistana dəstək: Trampla üz-üzə

Son vaxtlar Pakistanın Trampın həddini aşan nahaq tapşırıqlarını, o cümlədən İrandakı fitnəkarlara silah çatdırmaq və Qüdsün İsrailin paytaxt olmasını qəbul etmək kimi sifarişlərini yerinə yetirməməsi Trampı qəzəbləndirdi. Ağ Ev Pakistana maliyyə yardımını dayandırdı və Tramp bu ölkəni terrorçulara dəstək verməkdə ittiham etdi. Pakistan rəsmiləri də öz ölkələrində olan terrorçuların Vaşinqton tərəfindən himayə olunmasına dair eyhamlar vurdular. Məsələ artıq geniş vüsət almaqdadır. Trampın Pakistana qarşı bir-birinin ardınca düzülən tvitlərinin ardınca İslamabad iki supergüc: Çin və Rusiya tərəfindən dəstək siqnalları alıb. “Nation” qəzetinin diplomatik mənbələri bildiriblər ki, İslamabad Moskva və Pekin tərəfindən dəstək ismarışları alıblar. Bu ismarışlarda vurğulanıb ki, İslamabad Vaşinqtona qarşı özünü tənha və təcrid olunmuş görməməlidir. Mənbələrin verdiyi xəbərə görə, Trampın Pakistan barədəki söhbətlərindən sonra Pakistan və Rusiya rəsmilərinin telefon danışıqları çox ümidverici olub. Moskva ilə əlaqə saxlamış Pakistan xarici işlər naziri bildirib ki, Moskva bizim baxışlarımızı dəstəkləyir və bizim yanımızdadır. Xarici işlər naziri əlavə edib ki, Rusiya bizimlə ikitərəfli əlaqələri gücləndirmək istəyir və bizi müdafiə istiqamətində də kömək edəcək. Bizim yanımızda iki supergüc dayanmışdır. Vaşinqton isə bizə təzyiqləri artırmağa səy edir.
Ötən ay Rusiyanın Kəraçidəki baş konsulu doktor Aleksandr Xozeyn açıqlamışdı ki, Pakistan-Rusiya münasibətləri artıq güclənmişdir və hər iki ölkə regionda sülhün yaranması barədə ortaq baxışlara malikdir. Pakistan regionda Rusiyanın siyasətləri üçün çox önəm daşıyır və Moskva bu ölkəni özünün mühüm ortağı qərar vermişdir.
Digər tərəfdən də Çin özünü Trampın Pakistana qarşı çıxışlarının qarşısına vermişdir və dünya ölkələrinə çağırış etmişdir ki, terrorizmlə mübarizədə Pakistanın rolunu təsdiq etsin. Çin XİN-nin mətbuat katibi Ciyanq Şivanq Trampın Pakistan əleyhinə tvitlərinə cavab verərək deyib: “Pakistan terrorizmə qarşı mübarizədə böyük təlaşlar göstərmiş və fədakarlıqlar etmişdir. Beynəlxalq camiə onun bu roluna diqqət etməli və onu təsdiq etməlidir. Çin və Pakistan bütün hallarda şərikdirlər. Biz Pakistanla əməkdaşlığımızı hərtərəfli genişləndirməyə və dərinləşdirməyə hazırıq. Bu, hər iki ölkə üçün faydalıdır. Çin regionda sabitlik və sülh yaranması üçün Pakistana kömək etməyə çox sevinir.”
Mətbuat katibi əlavə edib ki, Çin, Əfqanıstan və Pakistan coğrafi ortaqlıqdan əlavə, həm də ortaq maraqlara malikdirlər. Bizim üçün əlaqə və mübadilələri artırmaq təbiidir. Dekabr ayında xarici işlər nazirlərinin üçtərəfli görüşündə əməkdaşlığı artırmaq barədə razılığa gəldik və bu əməkdaşlıq terrrorizmin bütün növləri ilə mübarizəni də ehtiva edir.
Xəbərlərə görə, Pakistan Rusiya və Çin rəsmilərinin bu dəstəyinə görə çox sevinir.
Qeyd edək ki, son ay və günlərdə Pakistan Amerikanın ortağı olmaqdan uzaqlaşdıqca Çin və Rusiya Pakistanı özlərinə yaxınlaşdırmağa təlaş edirlər. Xüsusilə də Pakistanda uzunmüddətli iqtisadi proqram hazırlayan Çin üçün bu ölkənin xüsusi yeri vardır.
69 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.18, 15:57
Hicab...
15.01.18, 09:36
İranda matəm elan olundu
14.01.18, 09:52