Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

“Siyasi məhbuslarla bağlı hazırladığımız siyası hədəfə dəydi”

Leyla Yunus: “Siyasi məhbuslarla bağlı hazırladığımız siyası hədəfə dəydi”

Azərbaycanda son zamanlar siyasi məhbusların sayı ilə bağlı ciddi müzakirələr gedir. Belə ki, ölkə rəhbəri Avropada açıqladığı fikirlərində belə bir mesaj vermişdi ki, Azərbaycanda siyasi məhbus yoxdur. Ölkədəki hüquq müdafiəçiləri isə bu cür faktın inkar olunmasını qəbul olunmaz bir fikir kimi dəyələndiriblər. Bu yaxınlarda Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun keçirdiyi toplantıda ölkədəki siyasi məhbusların sayı 134 nəfər olaraq qeyd olunub. Bu siyahının açıqlanmasından dərhal sonra ölkənin bəzi rəsmiləri bu siyahının heç bir hüquqi əsasının olmadığını bildirblər.

Deyerler.org-a açıqlama verən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus bildirib ki, verdiyi açıqlamanın bu cür rezonans doğurması onu şad edir: “Mən özün tarixçiyəm. Mənim sahəm hərbi tarixdir və bu sahədə geniş mütaliəm də olub. Bu baxımdan hərbi termindən istifadə etsəm siyasi məhbuslarla verdiyim açıqlama demək olar ki, hədəfə dəyib. Nə vaxt sən hədəfə vurursan, o vaxt düşmən hücuma keçir və ciddi narahat olur. Çünki sən düşmənin əsas mövqelərini dağıtmısan. Bu baxımdan mən çox şadam ki, verdiyim açıqlama ilə bağlı belə böyük bir rezonans var.

Bu hücumlar da mənə əsas verir ki, işin çox böyük nəticə verdiyini düşünüm. Biz düşmənin ən zəif nöqtələrini müəyyən edib vura və yeni bir strateji mövqeni də ala bildik.

Bizim hökumət təəssüflər olsun ki, məntiqlə yox, emosiyaları ilə hərəkət edir. Bu baxımdan verdiyimiz açıqlamanın hər hansısa bir mənfi prosesin qarşısını alacağını deməyimiz çox çətindir. Amma hakimiyyət özü inanmasaydı ki, mənim siyahımı çox yerlərdə qəbul edəcəklər, bu cür ciddi reaksiya verməzdi. Onlar yaxşı anlayırlar ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasının üzvü olduğu zaman siyasi məhbusların məsələlərini həll etmək üçün xüsusi bir öhdəlik götürdü. Həmin vaxt siyasi məhbusların sayı ilə bağlı çox siyahı var idi. Bu siyahıların bəzisində say 50, bəzilərində isə 360 göstərilmişdi. Avropa Şurası bizim siyahını götürdü və hansı ki, bizdə siyasi dustaqların sayı 716 nəfər qeyd olunmuşdu”.
1409 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi