Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2018

Çeçenistan prezidenti Avropanı ABŞ-a qarşı xəbərdar etdi

Çeçenistan Muxtar Respublikasının prezidneti bildirib ki, Amerika digər ölkələrdə hərc-mərclik yaratmaq istəyir və Avropa Rusiya kimi Vaşinqtonun bu avanturist hərəkətinə mane olmalıdır.
Rusiyanın Çeçenistan Muxtar Respublikasının prezidenti Ramazan Kadirov özünün teleqram kanalında yazıb: “Vaşinqton hər şeyi yandırmaq üçün qaynar ocaqlara ehtiyaclıdır, Suriyada müxalifətə dəstək, Qüdsü İsrailin paytaxtı tanımaq və İranda iğtişaş yaratmaq bu istiqamətdə baş tutur.”
Kadirov deyib: “ABŞ rəsmiləri ilahi dinlərə, ölkələrin siyasi sistemlərinə və beynəlxalq quruluşa heç bir hörmət bəsləmirlər.”
Çeçenistan prezidenti Rusiyanın ABŞ-ın bu siyasətinə qarşı çıxdığını yada salaraq deyib: “Avropa Amerikadan qorxmadan Rusiyanın kənarında durmalı və Vaşinqtonun ölkələrin siyasi sabitliyini hədəfə alan avanturist siyasətinə mane olmalıdır ona görə ki, əks təqdirdə elə Avropa ölkələri də daxil, əlavə ölkələr iğtişaşlara sürüklənəcək.”
294 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
Go to TOP