Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

“İraq və Şamda İslam dövləti” Hələbdə türkmənlərin bölgələrinə hücuma keçib

Hələbin şimalında müxalifət qruplaşmaları ilə əl-Qaidənin qarşıdurmaları davam edir

Hələbin şimalında müxalifət qruplaşmaları ilə əl-Qaidənin qarşıdurmaları davam edir.

İnterAz-ın Anadolu agentliyinə istinadla verdiyi xəbərə görə, dünən axşamdan etibarən radikal “İraq və Şamda İslam Dövləti” Hələbin şimalında əsasən türkmənlərin məskunlaşdığı Cuban-Bay rayonuna hücuma keçib.

Suriya müxalifəti koalisiyasının üzvü Ziyad Həsənin sözlərinə görə, DAİŞ rayonu 200-dən artıq maşınla mühasirəyə alıb və rayona hücum zamanı ağır silahlardan istifadə edib. Müxalifət üzvü bildirib ki, rayon strateji bölgədir və radikal qruplaşmanın əlinə keçəcəyi təqdirdə, Hələbin şimalında bir çox bölgələr onların nəzarətinə keçəcək.

Suriya İnsan Hüquqları Müşahidəçi Qrupu təkcə dünən ölkədə gedən qarşıdurmalarda 209 insanın öldüyünü bildirib.
1448 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı