Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2018

Ərəb-İsrail koalisiyası İranın bölgədəki nüfuzu ilə mübarizə apara bilməz

“Raialyoum”-un yazdığına əsasən, şübhəsiz ki, Amerikanın Suriya müharibəsi üçün ayırdığı 500 milyon dollarlıq büdcəsi yalnız İŞİD-lə mübarizə üçün deyil.
“ABŞ və İsrailin Suriyada yeni müharibə törətməklə bağlı planlarmı var?” başlıqlı məqalə, İranın bölgədəki nüfuzunun qarşısını almaq üçün yaranan koalisiyaların faydasız olacağını bildirib.
Məqalənin əvvəlində qeyd olunub: “Görünən budur ki, İsrail ordusu qərargahının başçısı general Qadi İzenkut “bölgədə olan İran təhlükəsi”-dən ümidsiz olub və bu təhlükəylə mübarizə aparmaq üçün ərəb ölkələriylə koalisiya yaratmaq niyətində düşüb. Özü də İsrailin yeni macəraya daxil olmaq qorxusu və hərbi baxımdan zəifçiliyinin olduğu bir dövrdə.”
İzenkut “Herzliya” universitetində etdiyi çıxışında, ötən noyabr ayında Səudiyyənin İlaf qəzetinə dediklərini təkrarlayıb. O vurğulayıb ki, “İsrail tezliklə, Suriyaya şiəçiliyin nəzarət etməsi üçün çalışan qüvvələr əleyhinə koalisiyaya üzv olacaq”.
O İranı 2 şiə ayparası yaratmaqda ittiham edib. Onlardan biri Əfqanıstandan İraq, Suriya, Livan və sonda Qəzza zolağına doğrudur. Digəri isə Fars körfəzindən Yəmənə, sonda isə Qırmızı dənizə doğru davam edir.
General İzenkut bu koalisiyada yer alan digər ölkələrin adlarını çəkməyib, lakin Onun, Fars körfəzi ölkələri olan Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ-dən söz açdığı məlumdur. Bu koalisiyada İordaniya və Misirin də yer alacağı gözlənilir.
Bir halda ki, bir neçə gün öncə Ağ Ev də öz növbəsində, İranın bölgədə nüfuzuyla mübarizə aparmaq üçün İsraillə razılığıa gəldiyini bildirdi. ABŞ müdafiə naziri Ceymz Metis Qətər dövləti ilə telefon bağlantısı zamanı, İranla mübarizə aparmaq məqsədiylə Səud rejimiylə barışması üçün həvəsləndirib.
Yaranan sual isə, İranın Suriyadakı nüfuzu ilə mübarizə metodudur. Bu məsələ, ABŞ və İsrailin ərəb dövlətlərinin dəstəyi ilə Suriya əleyhinə ikinci müharibəsiyləmi həyata keçəcək?
ABŞ-ın Suriyadakı layihəsi 7 milyard dollardır. Yəni bu ölkdə böhran yarandığı gündən bəri hər il 1 milyard xərcləyib. İnanmırıq ki, ABŞ-ın hazırki dövləti Rusiya və İran tərəfindən ikinci dəfə məğlubiyyət əldə etmək niyyətində olsunlar.
ABŞ-ın yeni ildə olan büdcəsinin ekspertləri ABŞ-ın Suriya müharibəsində yatırdığı 500 milyon dolları araşdırıblar. Şübhəsiz ki, bu pul yalnız İŞİD-lə mübarizə üçün yox, həm də kürd və ərəb (silahlı) hərəkatlarına dəstək üçün nəzərdə tutulub. Bununla Suriyada sabitsizlik yaradaraq, Suriyanın qələbə bayramı və ölkəni yenidən qurulmasına mane olmaq istəyirlər.
İranın Suriya və Livanda olması İsrail üçün real təhlükədir. Onlar üçün fərq emir ki, İran bir başa olaraq öz məsləhətçiləri ilə Suriyada olsun, ya da “Hizbullah” qüvvələri və həmçinin, Əfqanıstan, İraq və Pakistandan olan şiələrin vasitəsiylə.
Seyid Həsən Nəsrullah son çıxışlarının birində, təşkilat qüvvələrinin İsraillə mübarizəyə hazır olduqlarını bildirib. Lakin İranın Səud rejimi üçün təhlükə olduğuna inanmırıq. Əgər İsrail İranın Suriyadakı nüfuzu ilə mübarizə aparmaq istəsə, Yəmən və ondan öncə Suriya müharibələrindən əziyyət çəkən ərəbləri bu məsələyə salmaq əvəzinə, buyurub öz şansını sınaya bilər.
Qəzet yazının sonunda bildirib: “İran əleyhinə İsrail koalisiyasına qoşulmaq istəyən Fars körfəzi ölkələrindən bəziləri böyük yanlışlığa əl atacaqlar. İsrailin müqəddəs dəyərlərin düşməni olduğu üçün yox, bu rejimin hər döyüşdə insani və mali baxımdan ən böyük zərbəni görməsinə görədir. Xoşbəxt, digərlərinin təvisyələrini dinləyəndir. Ləhd, Səd Həddad və sonda Məsud Barizani bu rejimlə müttəfiqlikdən ziyan görən şəxslərdir.”
269 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP