Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2018

ABŞ-ın Suriya barədə yeni strategiyası; kürdlər dövləti əvəz edəcək

Qərb mənbələrinin ifşa etdiyinə əsasən ABŞ, Suriyada yeni strategiya fikrindədir.
“Asharq Al-Awsat”-in verdiyi xəbərə əsasən, ABŞ orqanları bu barədə bir neçə variant irəli sürüblər. Bu məsələ, miladi ilinin son günlərində Nyu-Yorkda, ABŞ xarici işlər naziri Reks Tillersonun iştirakı ilə keçirilmişdi.
Bu təklifdə, Suriyanın yenidən qurulmasını iqtidarın köçürülməsi, Vaşinqtonun Suriya böhranının həlliylə bağlı mövqeyi və vəhdətin yaradılması yer alıb.
ABŞ-ın yeni strategiyası orda özünü göstərdi və ölkənin müdafiə naziri Ceymz Metis bildirdi ki, ABŞ öz diplomatlarını hərbi ekspertlərlə həmkarlıq etmək üçün Suriya Demokratik qüvvələrinin olduğu yerə göndərəcək.O demişdi ki, “Görəcəksiniz! Biz torpaqlara nəzarət etməklə aramlıq və sabitliyi köçürə biləcəyik”.
Əldə olunan məlumatlara görə, ABŞ-ın atmaq istədiyi 10 addım bunlardan ibarətdir:
1.Suriya Demokratik qüvvələrinə hərbi dəstəyin çoxalması.
Donald Tramp ötən miladi ayının ortaları, bu qüvvələrin silahlandırmasının davam etməsi və saylarının 25-30 minə çoxalması barədə göstəriş verib.
2.Bu qrup üzvlərinin təlimi.
Bu addım onların, Suriya torpaqlarının İŞİD-dən azad olduqdan sonra bölgənin təhlükəsizliyinin təminini öz üzrəinə götürmələri üçün atılır. Həmçinin təlim proqramında, İŞİD-in yer altı qüvvələrinin olduğu bölgələrdəki polis və təhlükəsizlik qüvvələrinin hazırlanması da yer alıb. Bu qüvvələrin sayı 3 minə bərabərdir.
3.İŞİD-dən azad olmuş bölgələrdə olan mədəni və yerli şuraların gücləndirilməsi.
4.Viran olmuş şəhərlərin yenidən qurulması üçün mali və insani resursların toplanması məqsədiylə anti İŞİD koalisiyasında olan ölkələri həvəsləndirmək.
5.Xidmət sektorlarının və infrastrukturlarının gücləndirilməsi və qaz, neft, əkinçilik və su kimi mövcud olan təbii sərvətlərdən istifadə olunması.
Demokratik Suriya qüvvələri ölkədə olan ən böyük qaz və neft mədənlərinə nəzarət edirlər. Bu bölgələr xəritədə sarı rəngdə göstərilir.
6.Dövlət və məhkəmə orqanlarının təlimi.
Bu barədə diqqət olunası məsələ budur ki, Fransa dövlətinin mətbuat katibi həftənin cümə axşamı günü elan etdi ki, əgər yerli məhkəmələr adilcəsinə keçiriləcəksə Suriya Kürdüstanında saxlanılan İŞİD-ə qoşulmuş fransalı qadınlar elə ordaca mühakimə olunacaqlar. Bu məsələ Rəcəb Təyyib Ərdoğanın əsəbləşməsinə səbəb oldu.
7.Suriyanın şimal və şərqində yerləşən ABŞ-ın yerli müttəfiqlərinin nəzarəti altında olan bölgələrdən hava dəstəyi əldə etmək və 2 min ABŞ hərbiçisi və ekspertinin işlədiyi və Demokratik qüvvələrlə ortaq əməliyyat otaqları icad edən Fərat çayının şərqində yerləşən 5 hərbi bazanın qalması və bu bölgədə olan diplomatların rəsmi olaraq tanınması.
Hal hazırda amerikalı ekspert və mütəxəssislər “Rumeylan” hava limanını genişləndirmək və amerikalı qüvvələri qarşılamaq üçün başqa hərbi baza yaratmaqla məşğuldurlar.
8.Vaşinqtonun, Suriya Demokrati qüvvələrinin nümayəndələrinin Cenevrədə olan siyasi gedişatda iştirak etməsi üçün təzyiqi.
9.Suriyanın şimalında yerləşən və kürdlərin nəzarəti altında olan federal bölgələrdə seçki prosesinə dəstək vermək.
Kürdlərin seçkilərinin üçüncü (sonuncu) mərhələsi yaxın günlərdə keçirilməli idi, lakin kürd məsullardan birinin dediyinə görə, seçkilər başqa günə təxirə salınıb və federal bölgələrdə orqanların (dövlət, nazirlik, parlament və səfirlik) yaradılması üçün səylər davam edir.
10.Suriya Dmeokratik qüvvələri və kürdlərin nəzarəti altında olan İfrin, mənbəc və Fəratın şərqində olan digər bölgələrdən hərbi, siyasi və diplomatik dəstəyin əldə olunması.
Qərb məsullarından biri bu barədə elan edib ki, “ABŞ-ın Fəratın şərqində yerləşən Suriya Demokratik qüvvələrini dəstəkləməsinin səbəbi 3 şeydir:
1.İranın Suriyadakı mövcudluğuna təsir qoymaq.
2.Böhranın həlli üçün Moskva və Dəməşqlə müzakirələrin düzəlməsi.
3.Dəməşqlə müzakirələrdə kürdlərin mövqelərinin güclənməsi.
Bir halda ki, Suriya dövləti Demokratik qüvvələr əleyhinə öz əməliyyatlarını artırıb və onları xain olaraq qələmə verib. Bu səbəbdən Vaşinqton bu qüvvələri müdafiə etmək qərarına gəlib.”
289 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.10.18, 18:22
Fransız mer Şuşada
22.10.18, 08:32
Suriya: Bu, soyqırımdır!
20.10.18, 09:29
12 İŞİD-çi məhv edildi
Go to TOP