Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2018

Misir Trampın Qüdslə bağlı qərarına yaşıl işıq yandırıb

“New York Times” qəzeti Misir ölkəsinin Trampın Qüdslə bağlı qərarına yaşıl işıq yandırmasını ifşa edib. Yayılmış sənədlər göstərir ki, Misir prezidenti Əbdül-fəttah Sisi hökuməti gizli şəkildə Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi qərarına dəstək verib. Halbuki, on illər boyu müsəlmanlar belə düşünürdü ki, Ərəbistan və Misir ərəb dünyasının iki böyük gücü olaraq, Amerikanın siyasətlərini qəbul etsələr də Qüdslə bağlı mövqeləri dəyişməzdir.
“New York Times” qəzeti bir audio yayaraq Misir prezidenti Əbdül-fəttah Sisinin Trampın Qüdslə bağlı qərarına dəstək verməsini ifşa edib. Bu audioda Misirin Kəşfiyyat İdarəsinin yüksək çinli məmurlarından biri Əşrəf əl-Xuli bir neçə təsirli və mühüm televiziya kanalı ilə telefon bağlantısı yaradaraq onlara tapşırır ki, bütün ərəb qardaşlarımız kimi Trampın qərarını tənqid edirik, amma İsraillə qarşıdurma bizim milli maraqlarımızın xeyrinə deyil.
Məmur sonra onlardan istəyir ki, Trampın qərarını tənqid və rədd etmək əvəzinə öz tamaşaçılarınıza Trampın qərarını qəbul etdirməyə çalışsınlar.
Yayılan audioya əsasən məlum olur ki, Misir prezidenti Trampın qərarını dəstəkləməkdən əlavə Ramullahı Fələstinin paytaxtı kimi təklif etmişdir. Audioda deyilir: “Qüdslə Ramullahın nə fərqi vardır?”
361 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.10.18, 18:22
Fransız mer Şuşada
22.10.18, 08:32
Suriya: Bu, soyqırımdır!
20.10.18, 09:29
12 İŞİD-çi məhv edildi
Go to TOP