Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

Bu da Tovuzda tutulan erməni "diversant"

Qoşunların təmas xəttini keçərkən saxlanılan erməninin adı məlum olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov APA-ya bildirib ki, bu gün saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndinin sakinləri tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.

Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov isə APA-ya açıqlamasında bildirib ki, Ermənistan vətəndaşı çayı keçərkən saxlanılıb: “Saat 16 radələrində Tovuz rayonunun Əlibəyli kəndində çayı keçərkən kənd sakinləri tərəfindən saxlanılan şəxs hərbçilərə təhvil verilib”.

Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə Tovuz rayonunda ələ keçirilən şəxsin erməni diversiya qrupunun üzvü olduğu deyilib. O da bildirilib ki, həmin şəxs tutularkən silahlı olub.

Xocayan Mamikanın fotoları da yayılıb.

***

Bu gün Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndində Ermənistan vətəndaşı saxlanılıb. Bu barədə APA-nın qərb bürosuna Əlibəyli kənd sakinləri məlumat veriblər.
 
Məlumata görə, təmas xəttini keçən Ermənistan vətəndaşı kənd sakinləri tərəfindən saxlanılıb. Onun hərbçi, yaxud mülki vətəndaş olması bilinmir. Kənd İcra nümayəndəsi Valeh Rzayev faktı təsdiqləsə də, ətraflı məlumat verməyib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Tovuz rayonunda ələ keçirilən şəxs erməni diversiya qrupunun üzvüdür. MN-dən həmin şəxsin tutularkən silahlı olduğu da bildirilib.

1624 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber