Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2018

UNICEF Çaxalı terror siyahısına salır

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) İsrail Ordusunu (digər adı ilə Çaxal) uşaqlara qarşı hərbi cinayətlər törədən silahlı təşkilatların siyahısına daxil etmək niyyətindədir.
Bu siyahı tamamilə “Boko Haram“, “İŞİD“, “Taliban” və “Əl-Qaidə” terror təşkilatlarından təşkil olunub.

Sionist ordusunun qara siyahıya salınmasının səbəbi Çaxal əsgərlərinin saxladığı yetkinlik yaşına çatmayan fələstinlilərə qarşı davranışları barədə UNICEF tərəfindən aparılan araşdırmadır.

Məruzə saxlanılan 70 fələstinli uşaqların dindirilməsini həyata keçirən “Military Court Watch”qeyri hökumət təşkilatının köməyi ilə hazırlanıb.

Saxlanılan 12-17 yaşındakı fələstinli yetkinlik yaşına çatmayan uşaqların üçdə iki hissəsi sionist İsrail əsgərləri tərəfindən “zorakılığa” və “fiziki təhqirlərə “- təhqirlərə, yumruqlara, zərbələrə və itələnmələrə məruz qaldıqlarını bildiriblər.

Hazırda israil həbsxanalarında “terrorçuluğa” görə həbs olunan 318 azyaşlı fələstinli saxlanılır.
299 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP