Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2018

ABŞ: İran əleyhinə yeni sanksiyalar tətbiq etməliyik

Barak Obamanın eks müşaviri hazır ki prezidentə səslənərək, Ona bir sıra tövsiyələr edib.
ABŞ-ın eks prezidenti Barak Obamanın 2009-2011ci illər arası xüsusi müşaviri olan Denis Ras, anti İran institutlardan birinin müşavirlərindən olan Riçard Qeldberqlə ortaq formada Trampa müəyyən tövsiyələr edib. O Tramapa tövsiyə edib ki, nüvə sazişinin ləğvi və qorunması barədə ortaq mövqe tutaraq, bu razılıq əsasında qara siyahıdan çıxan şəxs və orqanları yenidən baykot etsin.
“Palitiko” jurnalında qeyd olunan müsahibədə, İranda baş verən son qarşıdurmalar və bu ölkənin insan haqları pozuntusunda ittiham olunmasına işarə olunaraq bildirilib: “Əgər bu şəxs ya təşkilatların SEPAH, terrorizm, raket əməliyyatları və insan haqları pozuntusu ilə əlaqəlidirlərsə, hökmən baykot olunmalıdırlar. Hətta əgər bu şəxslərə qarşı sanksiyalar dondurulmuş olsa belə.”
Yazarlar, ABŞ-ın eks xarici işlər naziri Con Kerrinin “Amerika nüvə məsələsindən başqa bütün sahələrdə sanksiya tətbiq edə bilər” ifadəsinə istinad edərək bildiriblər: “Nüvə sazişi bizim beynəlxalq öhdəçiliklərimizə, o cümlədən insan haqları, terrorizm və qadağan olunmuş silahlar barədə vəzifələrimizə əməl etməkdən yayındırmamalıdır. Bu məsələlər ABŞ-ın əl-qolunu bağlamamalıdır.”
Nüvə sazişinin 26-cı bəndində, nüvə məsələləri barədə sanksiyaların tətbiqi yalnız prezidentlə məhdudlaşdırılsa da, lakin elə bu bənddə qeyd olunub ki, İran, bu sanksiyaların geri qayıtmasını nüvə sazişini dayandırmaq məqsədiylə istifadə edəcəkdir.
Bütün bunlara baxmayaraq Ras və Qelderberq Reyqan hakimiyyətinin SSRİ ilə silah nəzarəti sazişini xatırladaraq bildirib: “Tarix boyu bir çix beynəlxalq sazişlərin ədəbiyyatı, fərqli təfsirlər olunsun deyə qaranlıq qalıb. Bu məsələ xüsusən silah nəzarəti sazişi barədə keçərlidir. Nüvə sazişi də bu məsələdən müstəsna deyil. Dövlətin avropalıları, İran rejiminin düşməncəsinə olan daxili və xarici rəftarlarının xərclərinin artmasına təsirli olması barədə razı salmaq səyləri məntiqə uyğun olacaqdır.”
Yazarlar sonda bildiriblər: “Əgər bəzi sanksiyaların geri qayıtmasından sonra İran ABŞ-ı, nüvə sazişini pozmaqda ittiham edər və bu sazişdən ayrılarsa, o zaman iranlılar tək qalacaq və bunun bədəlini ödəməli olacaqlar.”
644 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP