Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2018

Seçkilərdə İraq baş nazirinin kürd müttəfiqləri kimlər olacaq?

Siyasi və media mənbələri bildirirlər ki, gələcək seçkilərdə bir sıra kürd partiyalarının İraq baş naziri ilə müttəfiq olması mümkündür.
Barham Salehin rəhbərlik etdiyi “Demokratiya və Ədalət Naminə Müttəfiqlik” partiyasının mətbuat katibi Ribvar Kərim deyib ki, bu partiya Heydər əl-İbadinin baş nazirliyini təsdiq edir.
“Əl-Ğəd Press”-ə açıqlama verən mətbuat katibi deyib: “Bizim partiyamız müştərək addımlar atmağa razıdır. Bu istiqamətdə İraq və Kürdüstan regionunda bütün xeyirxah insanlardan istəyirik ki, ortaq və şəffaf siyasətlərin həyata keçirilməsi üçün vahid cəbhədə dayansınlar. Beləliklə, İraq böhran və müharibələrdən yaxa qurtara bilsin.”
Ribvar Kərim Heydər əl-İbadi, ya Vətən Birliyi Partiyasının sədrinin oğlu Bafel Talibani ilə müttəfiq olmaları barədə deyib: “İndiyə kimi bu barədə müəyyən bir şəxslə müzakirələr aparmamışıq. Amma bu danışıqlar üçün yol açıqdır və fikirlərimizi seçkilərdən sonra da aydınlaşdıra bilərik. Biz Əl-İbadinin böhrandan çıxışla bağlı, xüsusilə də fəsadla mübarizəsinə dair gördüyü işlərinə öz fikrimizi bildirmişik. Bafel də bizim partiyamızın sədrinin dostudur. Amma rəqib partiyadadır. Yenə də ortaq razılaşma yaratmaq ardıncayıq.”
Həmçinin bir sıra siyasi və media dairələri mümkün koalisiyalardan söz açıblar. Bəzi partiyaların seçkilərdə İraqın indiki baş naziri Heydər əl-İbadiyə dəstək verəcəklərini deyiblər.
Londonda çapdan çıxan “Əl-Ərəb” qəzetinin İraq və Kürdüstan bölməsi Kürdüstanın Vətən Birliyi Partiyasının sabiq rəhbərinin oğlu Bafel Talibaninin kürd siyasətçisi Barham Saleh ilə koalisiyası və onların İraqın baş naziri Əl-İbadini dəstəklədiklərini xəbər verib.
271 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.07.18, 07:52
Balıq yeyin
Go to TOP