Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2018

Masallıda özünü yandıran gənci söndürmək istəyən polislər də yandı

Masallı rayonunda intihara cəhd edən şəxsi xilas edən iki polis əməkdaşı yanıq xəsarəti alıb.

Report-un məlumatına görə, hazırda polis əməkdaşlarının vəziyyəti normaldır.

Qeyd edək ki, hadisə yanvarın 9-da baş verib. Rayon sakini 1995-ci il təvəllüdlü Raqif Zeynalov üzərinə benzin tökərək özünü yandırıb. Bakıdakı Yanıq Mərkəzinə yerləşdirilən yaralının vəziyyəti ağırdır. R.Zeynalovun banka borcu olub. Masallı Rayon Məhkəməsi banka borcun onun maaşından tutulması barədə qərar qəbul edib. R.Zeynalov bu qərara etiraz olaraq özünü yandırıb.
346 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP