Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Böyük Britaniya suriyalı qaçqınlara müvəqqəti sığınacaq vermək niyyətindədir

Böyük Britaniya bir neçə yüz suriyalı qaçqına müvəqqəti sığınacaq vermək niyyətindədir. The Times qəzetinin verdiyi xəbərə görə, Britaniya baş nazirinin müavini Nikolas Kleqqin açıqlamasına əsasən, siyahıya, ilk növbədə, qadın və uşaqlar, işgəncə və zorlanma qurbanları, qocalar və əlillər daxil ediləcək.

Nikolas Kleqqin sözlərinə görə, söhbət 500-dək suriyalı qaçqına müvəqqəti sığınacaq verməkdən gedir.

Kleqq həmçinin qeyd edib ki, Britaniya hökuməti Cenevrədə davam edən Suriyaya dair sülh danışıqlarına dəstəkləməkdə davam edəcək./apa/
1322 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP