Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

“İranla Türkiyə arasındakı mövcud əlaqələrimizi daha da inkişaf etdirəcəyik”

Rəcəb Tayyib Ərdoğan: “İranla Türkiyə arasındakı mövcud əlaqələrimizi daha da inkişaf etdirəcəyik”

“İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılacaq və bu mexanizm də, heç şübhəsiz, iki ölkə arasındakı əlaqələrə müsbət təsir göstərəcək”.

Türkiyə mətbuatının verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yanvarın 28-də yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İranda yeni hökumət iş başına gəldikdən sonra hər iki ölkənin xarici işlər nazirləri qarşılıqlı səfərlər həyata keçiriblər: “Biz iranlı həmkarlarımızla beynəlxalq konfranslar çərçivəsində də bir araya gəlmişik. İki ölkə arasındakı təmasların sıxlığı, səviyyəsi və məzmunu Türkiyə-İran əlaqələrinin ənənəvi qonşuluq münasibətlərindən kənara çıxmasının bir göstəricisidir. Bu səfər vasitəsilə mövcud əlaqələrimizi daha da irəli bir mərhələyə daşıyacaq bir addımı atırıq. İran rəsmiləri ilə sanksiyalar səbəbindən iki ölkə arasında yaranmış çətinlikləri götürəcəyik”.

R.T.Ərdoğan İran prezidenti Həsən Ruhaninin də qısa zamanda Türkiyəyə səfər edəcəyini deyib.

Qeyd edək ki, Tükiyənin baş naziri səfər çərçivəsində İran prezidenti Həsən Ruhani, Ali Dini Lider Ayətullah Əli Xamenei, ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri və xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək.
1405 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı