Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2018

ABŞ-ın təcavüzlərlə dolu qanlı keçmişi – Siyahı

Demokratiyanın qoruyucusu sayılan Amerika Birləşmiş Ştatları bu dəyəri ixrac etmək üçün daim güc yoluna əl atır.
Ölkənin tarixinə nəzər saldıqda bitməyən müharibələr, xüsusi əməliyyatlar görmək mümkündür. XX əsrin əvvəllərindən bu günə qədər ABŞ-ın açıq hərbi müdaxilə etdiyi ölkələrin siyahısı çox uzundur.
Bu ölkə 235 illik tarixinin 209 ilini müharibəylə məşğuldur. Heç kimlə məsləhətləşmədən, heç kəsdən çəkinmədən istədiyi yerə daxil olur, işğal həyata keçirir.

1901 – Kolumbiyaya müdaxilə
1902 – Panamada hərbi əməliyyat
1904 – Mərakeş, Dominikan Respublikası və Koreyaya müdaxilə
1905 – Hondurasda inqilabi hərəkatın yatırılması
1905 – ABŞ qoşunlarının Meksika inqilabına təcavüzü
1906 – Filippində azadlıq hərəkatının boğulması
1906-1909 – ABŞ qoşunları Kubaya təcavüz edir
1907 – Nikaraquaya təcavüz
1912 – Panamaya seçkilərə zamanı ABŞ qoşunlarının müdaxiləsi
1912-1933 – ABŞ-ın Nikaraquanı işğalda saxlaması
191 4- ABŞ qoşunlarının Dominika Respublikasına müdaxiləsi və üsyançılara divan tutması
1914-1918 – Meksikaya silsilə müdaxilələr
1914-1934 – Haitinin ABŞ-ın nəzarətində qaldığı illər
1917-1933 – ABŞ-ın Kubanı iqtisadi müstəmləkəyə çevirməsi
1917-1918 – ABŞ-ın I Dünya müharibəsində iştirakı
1918-1922 – ABŞ-ın Sovet Rusiyasına qarşı hərbi müdaxilədə iştirak etməsi
1918-1920 – Panamada seçkisonrası iğtişaşların yatırılması üçün amerikalıların müdaxilə etməsi
1919 – “Amerika maraqlarının müdafiəsi” adı ilə Kosta-Rikaya təcavüz
1922-1927 – Qoşunların Çində xalq hərəkatının yatırılmasında iştirak etməsi
1925 – Panamada ümumi tətilinin amerikalılar tərəfindən dağıdılması
1932 – Salvadora dənizdən hərbi müdaxilə
1937 – Nikaraquada qanuni hakimiyyətin devrilməsi
1939 – Çinə ABŞ qoşunlarının daxil olması
1941-1945 – II Dünya Müharibəsində iştirak
1947-1949 – ABŞ Yunanıstanda vətəndaş müharibəsinə birbaşa təsir göstərir
1948-1953 – Filippində hərbi əməliyyatlar
1950 – Puerto-Rikoda xalq üsyanın yatırılması
1950-1953 – Koreyaya 1 milyon amerikalı əsgərin müdaxilə etməsi
1959 – Laosa hücum
1959 – Haitidə amerikayönlü hökumət əleyhinə keçirilən aksiyaları yatırılması
1961-1973 – Vyetnam müharibəsi
1966 – Ordunun Qvatemalaya qarşı hərbi əməliyyat keçirməsi
1971-1973 – Laosun bombalanması
1972 – Nikaraquaya amerikalı əsgərlər təcavüz edir
1983 – Qrenadaya 2 min əsgərin hücumu
1986 – Liviyaya hücum, hava zərbələrinin endirilməsi
1988 – Hondurasa hərbi müdaxilə
1989 – Amerikalılar Virciniya adalarındakı kütləvi iğtişaşları yatırır
1991 – İraqa qarşı “Səhrada Tufan” əməliyyatı
1992-1994 – Somalidə ABŞ xüsusi əməliyyatlar keçirir
1995 – Serbiyanın hava hücumuna məruz qalması
1998 – Sudanın bombalanması
1999 – ABŞ başda olmaqla NATO dövlətlərinin Serbiyanı bombardıman etməsi
2001 – Əfqanıstana qarşı müharibə
2003 – İraqa qarşı hərbi əməliyyatların başlanması
2011 – Liviyaya qarşı hərbi əməliyyatlarda iştirak
2014 – İŞİD-ə qarşı beynəlxalq koalisiya yaradaraq Suriya hökumətinin icazəsi olmadan ölkədə hava əməliyyatları.
262 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP