Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2018

Trampın siyasəti İran xalqını qəzəbləndirə bilər

“New York Times” qəzeti Nüvə sülh razılaşmasına və İranda baş verən son hadisələrə işarə edərək yazıb ki, İranda adi camaat üçün Nüvə sülh razılaşması iqtisadi durumlarının yaxşılaşması mənasını verirdi. Bu razılaşmaya əsasən, İrana qarşı sanksiyalar ləğv edilməli, xarici investisiya bu ölkəyə axmalı, yaşayışın səviyyəsi normallaşmalı, xalqın iqtisadi vəziyyəti çiçəklənməli idi. Amma bu hadisə baş vermədi, yaxud ən azından İran camaatının gözlədiyi dəyişikliklər baş vermədi. Hətta son iğtişaşlara səbəb olan bir vəziyyət yarandı.
İranın bəzi yerlərində baş verən pərakəndə iğtişaşlara toxunan qəzet yazır: “Tramp İranda baş vermis iğtişaşlardan istifadə edərək Nüvə sülh müqaviləsini ləğv etmək istəyir. Bu yanaşma İranı öz nüvə fəaliyyətini yenidən başlaması üçün sərbəst buraxır və eyni zamanda bu ölkəyə qarşı yeni sanksiyalar üçün yol açır. Bu sanksiyalar isə daxili vəziyyətdən narahat olan İran xalqını Amerikaya qarşı hiddətləndirir.”
Qəzet Trampa tövsiyə edir ki, İranın gələcəyi onun xalqının öhdəsinədir və Vaşinqton İranın siyasətlərinə birbaşa müdaxilə etməkdə ehtiyatla davranmalıdır.
357 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.10.18, 18:22
Fransız mer Şuşada
22.10.18, 08:32
Suriya: Bu, soyqırımdır!
20.10.18, 09:29
12 İŞİD-çi məhv edildi
Go to TOP