Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Misirdə yüksək rütbəli polis öldürüldü

Qahirədə kilsəyə silahlı hücum olub, Müdafiə Nazirinin yüksək çinli zabiti qətlə yetirilib

Misirin Giza şəhərində yüksək vəzifəli polis zabiti Hərəm rayonunda yerləşən evindən çıxan zaman naməlum şəxslər tərəfində güllələnərək, qətlə yetirilib. Bu barədə Misirin Daxili İşlər Nazirliyi bildirib.

Polis General-mayoru Məhəmməd Əs-Səid daxili işlər nazirinin müşaviri və nazirliyin texniki şöbəsinin rəisi olub.

Hadisənin şahidləri, Misir ehramları ilə qonşuluqda yerləşən rayonda, motosikletdə olan 2 nəfərin polis zabitinin yanından keçərək ona atəş açdığını deyib. Suiqəsdi törədənlər dərhal aradan çıxdıqlarından onların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Ötən gün həmçinin Misirin paytaxtı Qahirədə xristian kilsələrindən biri silahlı hücuma məruz qalıb. İlkin istintaqa görə, maşında olan 4 silahlı Bakirə Kilsəsini mühafizə edən keşikçiləri atəşə tutub. Hücumu həyata keçirənlər qaçmağa çalışsa da, yerli camaat onlardan birini yaxalaya bilib.
1587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber