Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2018

“BMT Yəmən böhranı barədə olan siyasətini dəyişməlidir”

Yəmən Ənsarullahının siyasi şurasının üzvü Məhəmməd Əl-Bəxiti deyib: "BMT Yəmən böhranına münasibətini dəyişməyincə bu ölkə böhranının həlli istiqamətindəki səylər səmərəsiz olacaq."
Məhəmməd Əl-Bəxiti BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Əşşeyxin müavini Müin Şərimin Yəmənə bu günkü səfərinə toxunaraq deyib: “Birləşmiş Millətlər Təşkilatı Yəməndəki siyasi tərəfləri yeni keçid hökumətinin yaradılmasına çağırmalıdır.”
Yəmən Ənsarullahının siyasi şurasının üzvü Səudiyyə Ərəbistanının təcavüzkar əməliyyatlarının güclənməsi və Yəmən şəhərlərinə qarşı bombardımanların artırılmasının Ali-Səud rejiminin Yəmən Ordusu və Xalq qüvvələri qarşısındakı acizliyindən mənşə aldığını bildirib və yəmənlilərin öz ölkələrini bundan sonra da müdafiə edəcəklərini vurğulayıb.
283 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
Go to TOP