Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Döş xərçənginin dərmanı tapıldı

Alimlər müəyyən ediblər ki, preparat siçanlarda şişin inkişafını effektiv şəkildə dayandırır

Böyük Britaniyanın Kardiff universitetnin alimlərinin üzərində işlədiyi yeni maddə döş xərçənginin bədəndə yayılaraq metstaz verməsinin qarşısını alır.

Ans “Fox News”a istinadən bildirir ki, həmin preparat bu məsələdə əsas rol oynayan Bcl3 zülalına təsir göstərir.

Kardiff universitetnin əməkdaşı Riçard Klarkson BCl3 geninin zəiflədilməsinin farmakoloji üsullarını axtarıb. O, universitetin əməkdaşları doktor Endryu Uestuell və doktor Andrea Brankale ilə əməkdaşlıq edərək, kompüter modelləşdirilməsinin vasitəsi ilə BCl3 geninini inqibiryasiya edən, yəni ona qoşularaq zəiflədən kimyəvi maddənin layihələndirilməsi üzərində işləyib.

Yeni maddənin effektivliyini yoxlamaq üçün onlar xərçəngin metastaz mərhələsində olan siçanlardan istifadə ediblər. Alimlər müəyyən ediblər ki, preparat siçanlarda şişin inkişafını effektiv şəkildə dayandırır.
1635 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı