Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2018

Sionist rejim ABŞ-qızışdırır - İğtişaşlara təkcə sözlə dəstək kifayət deyil

İsrail təhqiqat bürosu İranda baş verən iğtişaşlarla bağlı rəsmi Vaşinqtona tövsiyə ünvanlayıb.
İsrailin “Begin–Sadat” araşdırma mərkəzi İranda baş verən son iğtişaşlardan yazaraq, açıq formada ABŞ və Tel-Əvivdən iğtişaşçılara silah və məlumat dəstəyini tələb edib.
Adı çəkilən araşdırma mərkəzi hesabatının bir hissəsində yazıb: “İran iğtişaşçılarına yalnız sözlə dəstək vermək kifayət deyil və Amerika İsrail kimi müttəfiqləri ilə birlikdə, onları silahlandırmaq və hətta silahdan istifadə qaydasını öyrətmək üçün gecə gündüz çalışmalıdır.”
İran daxili müxaliflərlə əlaqə yaratmağın zərurəti barədə söz açan mərkəz bildirib: “Silahların çatdırılması üçün ilk öncə etirazçılar tanınmalıdırlar. Yardımlar müxtəlif qrupların, fərqli bölgələrdəki ehtiyaclarına uyğun olaraq tənzimlənməlidir. Belə ki, onlardan bəziləri şəhər daxili qarşıdurmalarda, bəziləri hərbi və siyasi şəxsiyyətlərin terroru, bəziləri maşın və dəmir yolu stansiyalarında fəaliyyətlə məşqul olmalıdırlar. Xüsusən ölkənin cənub və qərbində bu qarşıdurmalara şərait yaratmaq lazımdır. Bu azadsevər mübarizlərə məlumatlar da ötürülməlidir. Silah və məlumatın həqiqi müxaliflərin əlinə çatması isə çətin məsələdir.”
Sionist araşdırma mərkəzi sonda bildirib: “2009-cu ildəki hadisələr zamanı da təəssüf ki, məlumat və hərbi yardımlarımız lazımi yerə çatmadı. Bu yardımlar, daha ciddi sanksiyalar və limanların mühasirəsi ilə həyata keçirilməlidir.”
282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.18, 09:57
Saatlı sakini intihar etdi
13.07.18, 09:31
ABŞ əsgəri öldürüldü
Go to TOP