Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2018

Ərəbistan sionist rejiminə qarşı daxili və regional təzyiqləri azaltmağa çalışır

Qərbi Asiya məsələləri üzrə analtik Sədrul-Hüseyni Ərəbistan və digər ərəb ölkələrinin mövqeinə toxunaraq deyib ki, Fələstin məsələsi həll edildikdə, ərəb ölkələri dərhal İsraili rəsmi olaraq tanıyacaqlar. Riyad hal-hazırda sionist rejimə qarşı daxili və regional təzyiqləri azaltmağa təlaş edir. Onun bu siyasəti özünün daxildən devrilməsinə səbəb olacaq.
Politoloq Ərəbistanın sionist rejimi ilə gizli əlaqələrinin aşkara çıxmasına da toxunaraq deyib: “Sionist rejimin hamisi olan Amerikanın Qüdsü İsrailin paytaxtı kimi tanıması və öz səfirliyini Qüdsə köçürməsi ilə bağlı qərarının ardınca region xalqının sionist rejimə nifrətinin ən yüksək səviyyəyə çatdığı bir vaxt Ərəbistan bu rejimlə əlaqələrini aşkar etməyə, münasibətlərini normallaşdırmaq prosesini izləməyə başladı.
Bu məsələ çox əhəmiyyətlidir ki, son aylarda region əhalisinin sionist rejim və Ali-Səud rejiminin cinayətlərini daha çox başa düşdükcə, Riyad sionistlərlə gizli münasibətlərini aşkara çıxarır.”
Ekspert Ərəbistan xarici işlər nazirinin İsraili rəsmi olaraq tanımaqla barədə mövqeinə də işarə edərək deyib: “Belə nəzərə gəlir ki, Amerika sionist rejimi təcriddən çıxarmaq üçün ərəb ölkələrinə təzyiqləri artırmışdır. Bəhreyn kralına bağlı bir heyətin də İsrailə səfər etməsi bunu bir daha təsdiq edir və göstərir ki, regionun mürtəce və asılı ölkələri Amreikanın təzyiqləri altında sionist rejimə qarşı daxili və regional təzyiqləri azaltmağa səy edirlər.”
342 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.12.18, 16:36
Misturadan Suriya etirafı
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP