Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

29 yanvarda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Yanvarın 29-da hava şəraitinin arabir yağıntılı olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimal olunur. Şimal küləyi güclənəcək.
Havanın temperaturu gecə və gündüz 2-4 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Yanvarın 29-da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Şimal küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Əlverişsiz hava şəraiti haqqında ilkin xəbərdarlıq
Yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, yanvarın 29-da bəzi dağlıq və dağətəyi rayonlarda, 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir. Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, 30-31-də qar yağacağı gözlənilir. Havanın temperaturu gecə və gündüz 2-4 dərəcə isti, 30-da gecə və gündüz 2-4 dərəcə isti, axşam 3 dərəcə şaxta, 31-də isə 1-3 dərəcə şaxta təşkil edəcək. Şimal küləyinin güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir
1562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...