Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Raul Kastro ABŞ-ı sərt tənqid etdi

Kuba prezidenti Raul Kastro Havanada Latın Amerikası sammitində qlobal izləmə proqramına görə ABŞ-ı sərt tənqid edib.

“BBC” bildirir ki, Kastro həmçinin Kubaya qarşı tətbiq edilən iqtisadi sanksiyalara da toxunub. 83 yaşlı Kastro deyib ki, “Super güclər bu varlı region üzərindən nəzarəti itirməklə razılaşmırlar”.

Latın Amerika və Karib hövzəsi icmalarının görüşü Venesuela prezidenti Uqo Çavesin xatirəsini bir dəqiqə sükutla açılıb. O, üç il qabaq Amerikaya qarşı durmaq üçün bu təşkilatı yaratmışdı.

Sammitdə ABŞ və Kanadadan başqa bütün Amerika ölkələri təmsil olunub, sözügedən dövlətlər sammitə dəvət olunmayıb.

Xatırladaq ki, Kuba parlamenti 2008-ci il fevralın 24-də 76 yaşlı Raul Kastronu ölkədə ən ali vəzifəyə - Dövlət Şurasının sədri vəzifəsinə seçib. Raul Kastro 1959-cu ildən Kubanın lideri olan Fidel Kastronun qardaşı və silahdaşıdır.

Fidel Kastro Dövlət Şurasının sədri vəzifəsindən 2008-ci il fevralın 18-də istefa verib. O, 2006-cı ilin iyul ayında böyrəyində cərrahiyyə əməliyyatı keçiriləndən sonra ali dövlət postunu müvəqqəti olaraq qardaşına ötürmüşdü. Uzunmüddətli xəstəliyinə baxmayaraq F.Kastronun Xalq Hakimiyyəti Milli Assableyasına namizədliyi irəli sürülmüş və yanvarın 20-də keçirilən seçkidə o, qardaşı Rauldan 1 faiz az səs toplamışdı. R.Kastro qardaşından 5 yaş kiçikdir. O, Dövlət Şurası sədrinin birinci müavini idi.

F.Kastro 2001-ci ildə Havanada keçirilən mitinqdə huşunu itirəndən sonra qardaşını öz varisi elan etmişdi.
1342 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08