Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Ağdamda daha bir ev atəşə tutulub

Çıraqlı kənd sakinlərinin təhlükəsizliyi üçün divarlar hörülsə də evlərin əksəriyyəti hələ də açıq hədəf olaraq görünür

Erməni silahlı bölmələri növbəti dəfə atəşkəsi pozub. Ağdamın Çıraqlı kəndi gülləbarana tutulub. Kənd sakini Bilal Hüseynovun evindən gələn işığı görən ermənilər bu dəfə həmin mənzili hədəf atəşinə tutub. Xoşbəxtlikdən güllə evin divarlarına dəyib. Ailə üzvlərindən heç kim xəsarət almayıb.

Çıraqlı kənd sakinlərinin təhlükəsizliyi üçün divarlar hörülsə də evlərin əksəriyyəti hələ də açıq hədəf olaraq görünür. Düşmənin aydın müşahidə edə bildiyi Çıraqlı kəndi intensiv olaraq atəşə məruz qalır.

Qeyd edək ki, son 20 gündə artıq bir neçə dəfə ermənilərin atdığı güllələr Çıraqlı kəndində yaşayış evlərinə istiqamətləndirilir./interaztv.com/
1560 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP