Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2013

Mövlana Cəlaləddin Rumi

Bu gün Mövlana Cəlaləddin Ruminin doğum günüdür
Mövlana Cəlaləddin Rumi 1287-ci ilin bu günü (Rumi adı ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Əfəndimiz" mənasına gələn Mövlana isə özünə qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) indiki Əfqanıstanın Bəlx şəhərində anadan olmuşdur. Rumi o dövrün İslam mədəniyyəti mərkəzlərindən biri sayılan Bəlx qəsəbəsində müəllimlik edən və Sultan-ül Üləma (alimlər sultanı) ləqəbi ilə tanınan Bəhaəddin Vələdin oğlu idi.
Bəhaəddin Vələd 1214-1217-ci illər arasında ailəsi ilə birgə Anadoluya köçür. Mövlana bütün ömrünü o vaxt Səlcuqların paytaxtı olan Konya şəhərində keçirir, orada da dəfn edilir. Atası Bəhaəddin Vələdin ölümündən bir il sonra, 1232-ci ildə Konyaya gələn Seyyid Bürhanəddin Mövlananın tərbiyəsi ilə məşğul olmuş və Mövlana doqquz il ona xidmət etmişdir. Rumi 38 yaşında olarkən 60 yaşlı İslam piri, dərviş Şəmsəddin (Şəms) Təbrizi ilə tanış olur. Bu tanışlıq Cəlaləddinin dünyagörüşünə dərin təsir göstərir, onun fikir dünyasını kökündən dəyişdirir. Şəmsə qeyri-adi bir məhəbbətlə bağlanmış Cəlaləddin onu tanrı səviyyəsində ilahiləşdirir. Bir gün Şəms sirli şəkildə qeyb olarkən, Cəlaləddin sarsılmış və müəlliminə olan məhəbbətini, onun itməsindən doğan kədər və həsrətini bədii əsərlərində - məsnəvilərdə, rübai və qəzəllərində ifadə etmişdir. Nizami, Xaqani kimi türk oğlu olan Rumi şeirlərini fars dilində yazmışdır, türk dilində yalnız bir neçə şeri və farsca-türkcə müxəmməsi qalmışdır. 2007-ci ildə Mövlananın anadan olmasının 800 illiyi YUNESKO tərəfindən Dünya Mövlana İli elan edilmişdir.

Əziz oxucularımıza Mövlana Cəlaləddin Ruminin bir neçə ibrətamiz kəlamlarını çatdırırıq: “Fikir” ona deyərlər ki, bir yol açsın. “Yol” ona deyərlər ki, bir həqiqətə varsın .İçəridəki kiri su deyil, ancaq gözyaşı təmizləyər. Çubuqla kilimi döyəcləyən əslində kilimi döyməz, onun tozunu çırpar. Dua və ibadət – Yaradan ilə olmaqdır. Yaradan ilə olan birisi üçün ölüm də, ömür də xoşdur.Bütün dünyanı axtardım, araşdırdımsa da, xoş xasiyyətdən daha üstün bir ləyaqət görmədim. Öncə siçan-siçovulun kökünü kəs, sonra anbara buğda yığ. Bilmədiyin qədər insanüzlü şeytan var, hər ələ əl verməmək gərək.Yıxacağınız bütlərin ən böyüyü – nəfsinizdir.Əcəl gəlincə verdiklərini almağa tələsmə, verməli olduğun hər şeyi verməyə tələs. Nəfs – üçgüşəli tikandır, hər nə cür dursa, adama batar. Qüsursuz dost axtaran ən sonda dostsuz qalar. Bir şeyi onun bulunmadığı yerdə axtarmaq - əslində onu axtarmamağa bərabərdir. Heç bir əl könüldən gizli bir iş tutammaz. Bir şam digər şamı alışdırmaqla öz işığından heç nə itirməz.(deyerler)
1631 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 10:54
<